Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vuruldu

28 fevral-2 mart 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Vətən uğrunda" onlayn qaydada keçirilən gənclələr (oğlan və qızlar) arasında Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vuruldu.

Rayon birinciliyinin keçirilməsində əsas məqsəd Vətən uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Yarışın yekun nəticəsinə əsasən gənclər (qızlar) arasında birinci yerə Quliyeva Zeynəb Ruhil qızı, ikinci yerə Sadiqzadə Səma Kənan qızı, üçüncü yerə isə Ağacanova Lalə Rauf qızı layiq görülmüşdür.

Gənc oğlanlar arasında birinci yerə Əkbərov Nurlan Nazim oğlu, ikinci yerə Ağacanov Fuad Rauf oğlu, üçüncü yerə isə Paşayev Səfa Vəfalı oğlu layiq görülmüşdür.

Birincilikdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...