“Prezident İlham Əliyev dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi” Ağali Kərimli

“Mövcud fakt və reallıq ondan ibarətdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz Qarabağı işğaldan azad etdi. Bununlada ölkəmizin suverenliyi, ərazi bütövlüyü bərpa nail olundu”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etdi: “Vətən müharibəsi zamanı Ermənistanın canlı qüvəsi və ordusu tamamilə darmadağın edildir. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: “Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur”. Bəli, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı daha böyük əzmlə və yüksək fədakarlıqla Prezident İlham Əliyevin ətrafında birləşdi. Bu birlik qarşısnda düşmən duruş gətirə bilmədi, son nəticədə isə müzəffər ordumuuzun sarsıdıcı zərbəsi ilə düşmən məhv edildi, kaputulyasiya aktını imzalamağa məcbur oldu. Bu hərbi, siyasi qələbələr dünyanı heyrətləndirdi. Həm də, ölkə və dünya ictimaiyyəti Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü”.

A.Kərimli Prezident İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına diqqət çəkərək, qeyd etdi ki, Prezidentimiz mətbuat konfransında Azərbaycanın 44 günlük Vətən müharibəsində hərbi-siyasi Qələbəsinin regionda və dünyada yeni reallıqlar yaratdığını, dövlətimizin uğurlu siyasəti nəticəsində regional əməkdaşlığa böyük töhfələr verdiyini bildirdi: “Prezident İlham Əliyev 4 saatdan artıq davam edən mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını, faktlar əsasında cavablandırdı. Prezidentimiz mətbuat konfransında bu reallığı da dünyaya bəyan etdi ki, Vətən müharibəsinin əhəmiyyəti təkcə ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır, eyni zamnda Azərbaycan ordusu bütün dünyanı erməni bəlasından, erməni terrorundan xilas etmiş oldu. Cənab Prezidentin bəzi xarici media nümayəndələrinin spekulyativ xarakterli suallarına təmkinlə, məntiqli və dəqiq cavablar verməsi, onu təsdiq edir ki, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat hər zaman qalibdir”.

A.Kərimli onu da bildirdi ki, mətbuat konfransında Cənab Prezident Ermənistana, eyni zamanda bütün dünyaya çatdırdı ki, Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, Ermənistan üçün daha da böyük problemlər yarana bilər: “ Cənab Prezident regional əməkdaşlıq, bölgədə sülhün,təhlükəsizliyin təminatı məsələləri ətrafında ünvanlanan suallara əhatəli cavblar verdi. Prezident İlham Əliyev dəfələrlə qeyd etdi ki, artıq Qarabağda status məsələsi yoxdur və olmayacaq. Biz qələbə qazanaraq Qarabağın qondarma statusunu məhv etmişik və Azərbaycanın digər bölgələrinin statusu nədirsə, onun da statusu o olacaq. Ölkə Prezidenti Rusiya sülhməramlılarının fəaliyyətinə toxunaraq ümumilikdə onların işinin səmərəli olduğu qənaətini bölüşməklə yanaşı, Azərbaycan tərəfini qane etməyən bəzi neqativ halların aradan qaldırılması istiqamətində birgə tədbirlərin görüldüyünü bildirdi. Cənab Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən bidirdi ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də qələbədən sonrakı dövrdə qardaş Türkiyə Azərbaycanın yanında olub ".

Prezidentimiz keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı medi nümayəndələrinin ünvanlanan suallarına da ətraflı cavablar vedi. Bildirdi ki, Azərbaycan cəmiyyətində daha çox narahatlıq və nigarançılıq yaradan bu məsələlərin tezliklə nizama salınması məqsədi ilə münasib şərait yaradılacaq: “Mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox əhəmiyyətlidir. Ölkə Prezidenti İlham Əliyev dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi”.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə