Cümşüd Nuriyev: “Avropa Parlamentinin prezidentinin sözləri Azərbaycanı sakitləşdirməyə xidmət edir”
Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir rol oynayacağı inandırıcı görünmür. Çünki Gürcüstanın böyük maliyyə imkanları, iqtisadi qüdrəti və regionda elə güclü imici yoxdur. Politoloq Cümçüd Nuriyev SİA-ya açıqlamasında deyir ki, Avropa Parlamentinin prezidenti Yerji Buzek Gürcüstanda keçirdiyi mətbuat konfransında Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçulardan biri ola bilər ifadəsini işlətməsində məqsəd tamam başqadır. Politoloq hesab edir ki, deyilən bəyanatda əsas məqsəd Azərbaycanı sakitləşdirmək və yolundan sapındırmağa xidmət edir: "Çünki Avropa Parlamentinin prezidenti Yerji Buzek birinci Yerevana gedib. Harda görsənib ki, işğala məruz qalan dövlət qala-qala işğal edən dövlətə birinci səfər olunsun. Regionun ərazi vahidinə görə və torpaqları işğala məruz qalan dövlət Azərbaycandır. Əgər onlar bu qədər demokratdırlarsa niyə birinici Bakıya gəlməyiblər? Yerji Buzek gərək birinci Bakıya gələrdilər. Buradan Tiflisə daha sonra Yerevana getməli idilər. Amma o, tərsinə etdi. Bilirsiniz bizim hansı zəmanətimiz var ki, bu ermənilərlə razılaşdırılan bir oyun deyil? Çünki Gürcüstanı yenidən ortaya gətirməklə bizi tamam ayrı bir istiqamətə yönəltmək istəyirlər. Gürcüstan bu qədər güclüdürsə Cavaxetiya məsələsini həll etsin. Ermənilərin əlində əsir-yesir qalıb. Bunun hamısı diqqəti yayındırmaq üçündür. Daha doğrusu Azərbaycanı tutduğu mövqedən sapındırmağa xidmət edən bir şeydir. Siyasi cəhətdən çox fitnəkarcasına düşünülən amma bizim üçün xeyri olmayan əksinə bizə ziyan törədə bilən bir fikirdir".
Serj Sarkisyan və Seyran Ohanyanın son bəyanatına gəlincə C.Nuriyev deyib ki, bəyanatlar qorxudan meydana gəlib: "Ermənistan hazırda bütün sferalarda çox ciddi problemlərlə üzləşib. Beynəlxalq aləmdə artıq Türkiyə-Azərbaycan dueti Ermənistan siyasətini iflasa aparır. Dövlət kimi Ermənistan iflasa gedir. İqtisadi cəhətdən de-folt səviyyəsindədir. Çünki, Ermənistanın xarici borcları ÜDM-i ötüb keçməyə başlayıb. Ohanyanın bütün çıxışları daha qorxudan hesablanan çıxışlardır. Fikir verin son günlər də Azərbaycan "Evrovision" musiqi festivalında qalib gəlməsindən sonra Azərbaycanı şantaj etməyə başlayıblar. Bunlar daha çox diqqəti başqa yerə yönəltmək və xalqla iqtidar arasında gərginlik yaratmağa hesablanan bir addımdır. Bilirsiniz Ohanyanın çıxışlarının heç birinin nə hüquqi, nə iqtisadi, nə də hərbi əsası yoxdur. Bunun hamısının arxasında fitnəkar siyasət durur. Çünki Azərbaycanın son illərdə prezident İlham Əliyevin bu məsələnin üzərinə getməsi, Azərbaycanın buna maliyyə ayırması, ölkədaxilində Dağlıq Qarabağla bağlı hər hansı bir narazılığın olmaması Ermənilərin qorxuya salıb. Ermənistanın illik insan itkisi 200-250 min insandır və hazırda İrəvanda 1.mln 800 min adam var və 5 ilə Ermənistan əhalisi 1 mln düşmək təhlükəsi üzrə üzləşib. Ohanyankimilər daxili publikaya hesablanan belə bəyanatlar veririlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB