Radikal müxalifətin atdığı çamurlar...

Radikal müxalifətin atdığı çamurlar...

Şərəf və ləyaqətini itirənləri tarix heç vaxt bağışlamır

Azərbaycanın tanınmış şairi Əhməd Cavad deyirdi: "Xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin tərənnümçüsü və keşikçisi olmalıdır". Təəssüflər olsun ki, Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın, dövlətimizin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Belələrinə nümunə kimi, tural sadıqlıları, orduxan teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban məmmədovları, sevinc osmanqızıları, qənimət zahidləri və bu kimilər müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat", "hüquq müdafiəçisi", "blogger", "siyasi mühacir" adlandıran bu antimilli ünsürlər ermənipərəst dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatların sifarişi ilə əllərinə keçən hər fürsətdə ölkəmizə çamur atmağa çalışırlar.

Onlar xüsusən sosial şəbəkələr üzərindən Azərbaycan üzərinə "səlib yürüşünə" çıxır, dezinformasiyaları "həqiqət" kimi yayırlar. Buna nə ad vermək olar? Xəyanət! Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?! Ermənidən də artıq erməni olan bu çamurlar... Bunlar düşmən ölkələrin oyuncaqlarıdır. Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər. Həmin sifarişləri məhz ölkəmiz üçün belə həssas məqamlarda yerinə yetirərək, insanlarımızın hissləri ilə daha çox oynamaqda, özlərinə olan nifrəti artırmaqdadırlar. Ermənilərin Azərbaycana qarşı əsas silahlarını aktivləşdirmələri ilə xaricdəki antimilli şəbəkə sinxron şəkildə sentyabrın 27-dən başlayan təxribatları Aprel döyüşlərində olduğu kimi, sosial şəbəkələrdə dezinformasiya yaymaqda oldular. Və başladılar ki, guya böyük bir ərazi itirmişik, qurbanlarımız daha çoxdur, gizlədirik və s... Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri bu dəfə də eyni tezislər əsasında bəyanatlar verməyə başladılar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verdilər. Xalqımıza, dövlətçilik maraqlarımıza, milli məsələlərimizə belə qəbuledilməz münasibətlə sübut etdilər ki, bu dəyərləri çoxdan itiriblər.

Erməni ilə həmrəy olan riyakarlar

Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası üçün dövlətini, millətini sevən hər kəs əlindən gələni əsirgəmir. Lakin təəssüflə qeyd etməliyik ki, əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xainlər də erməni təəssübkeşliklərini ortaya qoyublar. Bu xalqın onlara olan nifrət hissini daha da artırıb və dünya azərbaycanlılarını bərk hiddətləndirib. Həmin üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiklərini əvvəllər də nümayiş etdiriblər. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlıqlarını ortaya qoydular. Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəslənildikləri" açıq-aşkar üzə çıxır. Nə yazıq ki, "beşinci kolon"un və xaricdəki antimilli şəbəkənin buyruq qulları...Bəli, nə yazıq ki, daxildəki "beşinci kolon"un və xaricdəki antimilli şəbəkənin buyruq qulları - AXCP sədri Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi ermənidən betərləri qranta görə hər cürə tüpürcükləri qəbul edirlər. Həqiqətən bu koronavirusdun da qorxulu olan bu virusların içində Azərbaycana nifrət, xalqımıza qarşı kin formalaşıb? Yoxsa, ermənilərin çirkin əməllərinə qarşı çıxanlara, bayrağını qoruyanlara, şəhidini ananlara kim bandit, vətənşüvən deyə bilər?! Azərbaycan xalqı əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsinin tör-töküntüləri ilə yemlənənlərdir.

Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər. Birbaşa erməni lobbiçilərinin və diasporunun tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?! Ermənidən də artıq erməni olan bu çamurlar...

Görünür, bu çamurlar, Vətəni, torpağı, namusunu, qeyrətini və...əxlaqsız xainlər Şillerin ibrətamiz sözlərindən xəbərsizdir. Xəbərin olsun ay şeytanla iş birliyi quran xəyanətkarlar. Şiller deyirdi ki, "Gücsüzlər neyləyir eləsin, axır yenə güclülərdir qalib gələn". Və bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin hacıbəyli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və... kimi vətən xainləri bilməlidirlər ki, Azərbaycanın qalib iqtidarıyla məğlub müxalifətinin əmin-amanlıq içərisində yaşamağı da elə bu iqtidarın təntənəsidir. Sosial şəbəkələrdə Azərbaycanı uğurlarına və qələbələrinə nə qədər böhtanlı çağırışlar etsəniz də, xalq özü sizi dar ağacından asacaq. Çünki 30 illik həsrətə son qoyan, 44 gün ərzində bütövlüyümüzü bərpa edən, Qarabağ Azərbaycanımızdırı özümüzə qaytaran böhtan atdığınız o igid oğullarımız qanları bahasına erməni işğalından azad edərək Şəhilik zirvəsinə qalxıblar.

Haqq nazilər, amma üzülməz...

Rus yazıçısı Lev Tolstoyun dediyi bu sözləri xatırlatmaq yerinə düşür: "Vətənpərvərlik yaramazların son sığınacaq yerinə çox tez-tez çevrilir". Bütün arqumentləri qurtaran adamlar sadəcə yalan danışmağa, özlərini şəxsi ambisiyaları barədə yox, yalnız xalq, onun rifahı barədə düşünən millət xilaskarı kimi göstərməyə başlayırlar. Təsəvvür edin, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən müxalifətin satqınlar "sülaləsi" ancaq satqınları müdafiə etməlidir. Bu, təəccüb də doğurmur. Bu erməni lobbisinin antimilli maşası olan tural sadıqlıları, orduxan teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban məmmədovları, sevinc osmanqızılıları, qənimət zahidləri "şəhidlərə dövlətin qayğısı güclü olmalıdır" deyə qışqırırlar. Bax bu yerlə özünü ələ ala bilmirsən: kor olmuş gözlərinə və kar olmuş qulaqlarına qışqırıb bağırmaq istəyirsən: erməni lobbisinin antimilli maşaları - reallıqları görün. Görməyən gözlər görsün, kar qulaqlar eşitsin: Bu gün şəhid ailələrinin problemi dövlətin daima diqqət mərkəzindədir. Elə bu günlərdə, yanvar ayının 25-də imzalanmış "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olduğunun bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq. Çünki vətəndaş dövlətin arxasında olduğu kimi, dövlət də vətəndaşının arxasındadır.

Və bu gün Vətən daşına dönük çıxanlar hələ də anlamır ki, Vətən millətin doğulduğu, böyüdüyü, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Ancaq özgənin yalı ilə bəslənilərək torpğını, dədə-baba yurdunu satanların, bu Vəninin əldə etdiyi uğurlarına kölgə salmaqdan "həzz" alanların elə yeri o erməni iyi verən zibilliklərdir. Vətəni, torpağı olmayan Avropa zibilliklərində eşələnənlərin Vətəni olmur. Və sizin kimi marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcəklər. Və onu da bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır və bağışlamayacaq da!.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə