Cıdır düzündə paxlavalı çay, Paşiniyanın nizamsız yallısını gorbagor etdi

Zəfəfər qələbəsindən sonra cənab prezidentimiz İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfərlər edir, erməni vandallarının törətdikləri vəhşilikləri ifşa edərək kəskin bəyanatlar verir və eyni zamanda 44 günlük müharibədə ermənipərəst mövqe tutan dövlətlərə, bəzi beynəlxalq təşkilatlara başa salmağa şalışır ki, bu cür tipləri müdafiə edənlərdə məhz o xislətin sahibidirlər. Cənab Prezident dağıdılmış mədəni irsimizi, məscidləri, evləri əyani şəkildə göstərərək bu cür barbarlığı edən ermənilərin mənəviyyatsız, qeyri-əxlaqi hərəkətlərini dünya ictimaiyyətinə tutarlı faktlarla təqdim edir. Ən dəhşətlisi odur ki, bəzi islam ölkələri dağıdılmış məscidlərə biganə qalır, əksinə ermənistanı qardaş ölkə adlandırırlar. Cənab prezidentin qeyd etdiyi kimi, müsəlman məscidlərini dağıdanlarla hansı əlaqələr ola bilər? Amma təəssüf ki, bu əlaqələrin qurulmasından qürürlanan müsəlman dövlətləri var.

Azərbaycan Prezidenti müharibənin şiddətli dövrlərində diplomatik savaşda qətiyyətli sözünü dəfələrlə demiş və ikili standartlar sərgiləyən, riyakarlıq edən bu cür dövlət və beynəlxalq qurumlara şərdən uzaq olmağa, haqqın, ədalətin yanında olmağı tövsiyyə etmişdir. Məhz ölkə başçının işğaldan azd olunmuş rayonlarımıza etdiyi səfərlər bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Əvvəla ermənilərdə daxil olmaqla, onların bütün havadarlarına izah edir ki, biz öz haqq işimizə qovuşmuşuq və nəhayətki 28 ildən sonra dədə-baba yurdumuza qayıtmışıq.

Erməni qatillər Sərkisyan və Koçaryana xitabən mən burdayam, öz yurdumda, bəs siz hardasınız deyən cənab prezidentin bu mesajı məhz fikirlərimizin aydın sübutudur. Digər tərəfdən isə Azərbaycanın haqq işinə gölkə salmağa şalışan, ermənilərin işğalçılıq siyasətini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxan ölkələrin liderlərinə buyur baxın və nəyə ortaq olduğunuzu heç olmasa ekranlardan görün icmarıcıdır. Əslində bir çox beynəlxalq siyasi və hərbi ekspertlər cənab İlham Əliyevin hər bir məsələyə adekvat reaksiyasında dürüstlüyü qoruyub saxlmağı, obyektiv, qətiyyətli mövqeyi, hazırlıqlı, sanballı cavabları ilə hər kəsi heyran qoyduğunu dəfələrlə bildiriblər. Hətta düşmənlərimiz də etiraf edib ki. İlham Əliyevlə üzbəüz oturmağa qadir olan, buna savadı şatan erməni lideri yoxdur. İlham Əliyev nəyi, nə vaxt, necə etdiyini çox yaxşı bilir. Onun hər bir hərəkəti, danışıq üslubu, yanaşması xüsusi məna daşıyır.

Təsadüfi deyil ki, rayonlara səfərləri zamanı maşının rolu arxasına özü keçir və hörmətli vitse prezident Mehriban Əliyevanın telefon çəkilişinin müşayəti ilə bütün detalları diqqətində saxlayır və zərurət yarananda ciddi reaksiyalarını verir. Şuşaya ilk dəfə olaraq müstəqil dövlətin Prezidenti kimi cənab İlham Əliyevin səfəri mahiyyət etibarı ilə şox nüanslara aydınlıq gətirdi. Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən ölkə başçısı məscidləri ziyarət edərkən, kilsəni ziyarət etməsi diqqətdən yayınmadı. Xristian məbədlərinin Qarabağ bölgəsində guya ki, təəssübünü çəkən, lakin məscidlərimizdə donuz saxlayan ermənilərin vəhşi hərəkətlərinə seyrçi qalan ölkərə sivil qaydada başa saldı ki, Azərbaycan bütün xalqların milli-mədəni, dini tarixinə, adət-ənənələrinə hörmətlə yanaşır və onların vətənimizdə mövcud olan sərvətlərini göz bəbəyi kimi qoruyur.

Cənab Prezidentin Şuşa səfəri "Şuşa, sən azadsan" dediyi kəlamların hüquqi və siyasi önəmini artırdı və "Şuşasız işimiz yarımçıq" qalar fikirlərinin gerçək məqama çevrildiyini dünya ictimaiyyətinə nümayiş etdirdi. Ən maraqlı məqam ondan ibarət oldu ki, qondarma "dqr" in qondarma "rəhbərləri" ilə Cıdır Düzündə yallı gedən Nikola paxlavalı çay ilə yağlı bir sillə vuruldu. Başqa sözlə, Cıdır düzündə paxlavalı çay, Paşiniyanın nizamsız yallısını gorbagor etdi.

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə