Ağoğlanda daha 10 erməni hərbçinin meyiti tapıldı

Ağoğlanda daha 10 erməni hərbçinin meyiti tapıldı

Yanvarın 11-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 10 erməni hərbçinin meyiti Ağoğlan ərazisində tapılıb. SİA xəbər verir ki, bu barədə "armeniasputnik” məlumat yayıb.

Axtarışların Ağoğlan və Cəbrayıl istiqamətlərində aparıldığı, axtarış prosesində xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə