Erməni yalanı üzə çıxdı: Xankəndində atəş açanlar ermənilər imiş

Erməni yalanı üzə çıxdı:  Xankəndində atəş açanlar ermənilər imiş

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub. SİA xəbər verir ki, bununla bağlı qondarma qurumun başçısının mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə