Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib
Dekabrın 18-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb. Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə