Lənkəranda şəhidlərin xatirəsi ağacəkmə kampaniyası ilə yad edilib - FOTOLAR

Lənkəranda şəhidlərin xatirəsi ağacəkmə kampaniyası ilə yad edilib - FOTOLAR

II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirilmək üçün Lənkəranda ağacəkmə aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi, Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhərin Yaşıllaşdırma Müəssisələrinin birgə fəaliyyəti ilə Həzi Aslanov Parkında baş tutub.

Aksiya zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və Lənkəran Yaşıllaşdırma Müəssisəsinin əməkdaşları tərəfindən relikt bitki olan Lənkəran Akasiyaları əkilib və suvarılıb.

Gələcəkdə də belə aksiyaların davam etdirilməsi və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə