Azərbaycan Tibb Universiteti qəhrəmancasına şəhid olan məzunlarının adlarını açıqlayıb

Azərbaycan Tibb Universiteti qəhrəmancasına şəhid olan məzunlarının adlarını açıqlayıb
Azərbaycan Tibb Universiteti Vətən müharibəsində iştirak edən və öz müqəddəs həkimlik peşələrini yerinə yetirən zaman qəhrəmancasına şəhid olan məzunlarının adını açıqlayıb. Universitetdən SİA-ya verilən məlumata, Vətən Müharibəsində şəhid olan məzunlar aşağıdakılardır: Tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev Tibb xidməti leytenantı həkim Azər Şəmilov Tibb xidməti leytenantı həkim Turqut Xəlilbəyli Tibb xidməti leytenantı həkim Adil Əfəndiyev Tibb xidməti leytenantı həkim Mirlətif Ağayev Tibb xidməti kapitanı həkim Anar Məmmədov Tibb xidməti giziri həkim Eldar Abdullayev Tibb xidməti baş leytenantı həkim Nurlan Fərəməzov Tibb xidməti baş leytenantı həkim Şöhrət Qasımov Tibb xidməti leytenantı həkim Tariyel Salmanov.

Bütün xəbərlər Facebook səhifəmizdə