"İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər. SİA-nın xəbərinə görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib. Millət vəkili çıxışı zamanı sözügedən qanun layihəsini mayın 31-dək Milli Məclisin müzakirəsinə çıxarılmasını təklif edib.
O bildirib ki, bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkilmə əksər ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qüvvəyə mindiyindən Azərbaycan da anoloji addım atmalıdır. Deputat sənədi hazırlayarkən qonşu Türkiyə və digər dünya ölkələrinin təcrübəsini öyrənib.
Qeyd edək ki, qanun layihəsinə görə, əyləncə mərkəzləri, kafe, restoran, meydança, dəhlizlər, nəqliyyat vasitələri və digər ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmalıdır. Dörd nəfərdən artıq şəxsin toplaşdığı ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB