Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib. SİA-nın məlumatına görə, paylaşımda deyilir:
"Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB