Şamaxı rayonunda YAP-ın 28 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Bu gün Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. YAP Şamaxı rayon təşkilatı və rayonun Yaşıllaşdırma idarəsilələ birlikdə küknar və yolka agacları əkilmişdir.
Aksiyada YAP Şamaxı rayon təşkilatının baş məsləhətçisi Namizəd Əzizov, məsləhətçi Zaur Hüseynov, məsləhətçi Samir İbadov, Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti İdarəsinin direktoru Şıxlar Hacıyev, partiya fəalları, rayon ictimaiyyətinin iştirakı ilə 400-dən çox ağac əkilib.
Həmçinin, Şamaxı rayonunda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və rayonda gedən bütün ictimai işlərdə məktəb rəhbərliyi və kollektivi də fəal şəkildə iştirak ediblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB