Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev

Laçın və Qubadlı bölgələri Ermənistandan raket və artilleriya atəşinə tutulur. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə