Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu gün həmin tarixi hadisədən 29 il ötür.
Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə dətəsadüfü deyildi ki, Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dedıyı ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Bu, ciddi bir xəstəlikdir...”
Səhiyyə 18:05Rubio bunu istisna etməyib
Dünya 18:01Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Siyasət 17:43Yaxşı ki, varsınız, əziz həkimlər...
Səhiyyə 16:47Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub - FOTOLAR
İqtisadiyyat 15:58Mirzoyan və Araqçi təkbətək görüş keçiriblər
Dünya 15:15Putin dünyanın yenidən bölünməsinə çağırıb
Siyasət 14:56Təbaşir qoxulu Zəfər yolu - GÜNDƏM
Sosial 14:17İnyesta: "Pedronu sevirəm"
İdman 14:01Kreml Ukraynaya qarşı qisas elan etdi
Dünya 13:54Sabah Bakıya və rayonlara yağış yağacaq
Sosial 13:53İspaniya növbədənkənar parlament seçkilərinə gedir
Siyasət 13:53İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Siyasət 13:51Dünya bazarında neft niyə bahalaşır?
İqtisadiyyat 13:48Pensiya sistemində nələr dəyişir? - EKSPERT DANIŞDI
Siyasət 13:22Məktəb bitir, amma öyrənmək bitmir - KÖŞƏ
Sosial 12:18“Milli iradədən tarixi zəfərə, zəfərdən böyük gələcəyə!”
Siyasət 09:26Bu gün Azərbaycanda Müəllimlər Günü qeyd olunur
Təhsil 05:04Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Siyasət 04:06Biləsuvar sakini həmkəndlisini bıçaqlanıb öldürüb
Hadisə 03:22ABŞ-da dəhşətli atışma - 2 ölü, 35 yaralı var
Dünya 03:05İllər əvvəl həbs edilən polkovnik vəfat edib
Hadisə 02:01"Beşiktaş"da prezident seçkisi keçirilib
İdman 01:22Biləsuvarda avtomobil aşıb - xəsarət alan var
Hadisə 01:02İranın neft naziri Möhsün Paknejad istefa verib
İqtisadiyyat 00:22"Real" bu futbolçunun maaşını ARTIRIR - ildə 30 milyon avro alacaq
İdman 4 Oktyabr 23:31Sabah Ər-Riyadda Məkkə sazişi barədə toplantı keçiriləcək
Dünya 4 Oktyabr 23:05Əhməd Yusifov dünya çempionu oldu
İdman 4 Oktyabr 22:28Çeçenistanda yeni parlament sədri seçilib - Kadırovdan PAYLAŞIM
Dünya 4 Oktyabr 22:17İrandan ADDIM - İraqla hava əlaqəsi bərpa edildi
Dünya 4 Oktyabr 22:02Fiziklər iki metrlik beton divardan keçməyi öyrəniblər...
Texnologiya 4 Oktyabr 21:52Xarici müdaxiləyə qapalı suverenlik - ANALİZ
Siyasət 4 Oktyabr 21:45Toyota ən çox satılan avtomobilini yeniləyir.,.
Texnologiya 4 Oktyabr 21:28Şəffaf donlar, geniş kostyumlar və əfsanəvi Konsyerjdə şou...
Dəb 4 Oktyabr 21:05Ən yüksək maqnezium tərkibli məhsulun adı açıqlanıb...
Sosial 4 Oktyabr 20:51Simonyan ölmək üzrə olan bir səslə “təcili açıqlama” verdi...
Dünya 4 Oktyabr 20:27“Madyar” ukraynalılara müraciət edib...
Dünya 4 Oktyabr 20:08Rusiya rəsmiləri genişmiqyaslı vəba xəstəliyinin yayılmasını gizlədirlər
Səhiyyə 4 Oktyabr 19:49Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
Dünya 4 Oktyabr 19:37Ukrayna Rusiya ilə müharibəsində dron dəstələrindən istifadə edir...
Dünya 4 Oktyabr 19:27Əhməd Yusifov dünya çempionu olub
İdman 4 Oktyabr 19:17“Dünya böyük qarışıqlıq həddindədir...”
Dünya 4 Oktyabr 19:08Millimiz Litvanı məğlub edib
İdman 4 Oktyabr 19:03Portnikov rusların “milli şikayəti”ndən danışdı...
Dünya 4 Oktyabr 18:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



