"Qarabağ"ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm

Bu gün həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm.

SİA xəbər verir ki, bunu açıqlamasında bu gün erməni işğalından azad edilən Füzuli rayonunun Kənd Horadiz kəndinin sakini, "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

O bildirib: "Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu, son deyil. Tezliklə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...