Əlillik üçün müraciət edən şəxsə üç halda imtina cavabı gəlir AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin təyini üçün imtina cavabının hansı hallarda verildiyini açıqlayıb. SİA xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib ki, əlillik üçün müraciət edən şəxsə üç halda imtina cavabı verilir.
“Göndərişdə qeyd edilən diaqnoz əilliyə uyğun olmadığı halda imtina cavabı verilir. Bəzən diaqnoz klinik müayinələrlə əsaslandırılmır, göndəriş səthi yazılır. Bu halda da imtina cavabı verilir. Üçüncü göndərişdə qeyd edilən müayinələr və müalicələrdən xəstəlik üzrə müalicə potensialının tam tükənmədiyi aydın olur. Bu halda da imtina cavabı verilir”.
M.Məmmədova əlavə edib ki, imtina cavabı sənədlərin səthi doldurulması ilə bağlı olduqda yenidən müraciət etmək mümkündür.
Agentik rəsmisi əlavə edib ki, əlilliyin təyini zamanı həm ambulator, həm də stasionar müalicə nəzərə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB