“Sağlam gələcək üçün tibbi sığorta” mövzusunda vebinar keçirilib - FOTOLAR

15 sentyabr tarixində YAP Nərimanov rayon Gənclər Birliyi və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkilatçılığı ilə “Sağlam gələcək üçün tibbi sığorta” mövzusunda vebinar keçirilib. SİA-nın məlumatına görə, görüşdə sığorta eksperti, biznes məsləhətçisi Xəyal Məmmədxanlı, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva və Kollecin müəllimi İlahə Nəccari gənclərlə öz təcrübə və məsləhətlərini bölüşüblər.

Mövzu çərçivəsində sığorta və onun əhatə etdiyi sahələr, icbari tibbi sığorta, biznes və onun idarəçilik sistemləri, həmçinin, qeyd olunan mövzuların nəzəri və praktik tərəfləri müzakirə olunmuşdur, gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə