Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTOLAR

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə keçirilib.

Yüzlərlə insanın qatıldığı aksiyada “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...