Əfəndilər, bir xeyli müddətdir ki, dünyada onsuz da iqtisadi tənəzzül prosesi yaşandığı bir dönəmdə məlum COVİD- 19 pandemiyasının başlanması məlum tənəzzül prosesini daha da sürətləndirdi və demək olar ki, bu prosesdə zərər çəkməyən dövlət olmadı. Əfsuslar olsun ki, bu qlobal proseslər dünyanın bir parçası olan Vətənimiz Azərbaycanımızdan da yan keçmədi və bu vəziyyət bu gün də bütün dünyada davam etməkdədir.
Belə olan vəziyyətdə Azərbaycan dövləti tərəfindən elə ilk gündən atılan ardıcıl və məqsədyönlü tədbirlərlə də tanışıq. Eyni zamanda dövlət başçısı ən vacib məsələlərdən biri və bəlkə də ən birincisi olan dövlət büdcəsinin səmərəli istifadəsi və dövlət yığımınıa nəzarətin artırılması prosesinə diqqətləri yönəltdi və müvafiq qurumlara bununla bağlı çox ciddi tapşırıqlar verdi.
Elə bu yaxınlarda (6 avqust tarixində) cənab prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə bir sıra aparıcı dövlət şirkətlərini sərt tənqid etməsi də zənnimcə qeyd etdiyim məsələnin tərkib hissəsidir.
Bu proseslərin fonunda büdcəyə səfərbər olunan hər qəpiyin qədrini bilmək, izafi xərclərin qarşısını tam almaq fonunda, qeyd edilən tənəzzülə baxmayaraq respublikamızda başlanılmış bütün sosial layihələrin tamamlanması və bir sıra zəruri sayılan yeni layihələrin başlanılmasıda aparılmaqdadır ki, bu da öz növbəsində Vətənimizin iqtisadiyyatının dayanıqlığının göstəricisi və dünya iqtisadi münasibətlərində, azərbaycan iqtisadiyyatının tez bərpa olunan xüsusiyyətinin göstəricisi kimində biruzə verməkdir.
Bu fonda elə əvvəlcədən nəzərdə tutulduğu kimi respublikamıza Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumat əsasında məlum oldu ki, Bakıya paytaxtda taksi kimi istifadə olunacaq “London Taxi TX-4 avto” avtomobillərinin- ümumilkildə 3000 ədəd yeni müasir taksilərin gətirilməsi nəzərdə tutulub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”silərin vətəndaşlar üçün xidmətə artıq hazır olduğundan yenə də mətbuat səhifələrindən tanış olduq.
Təbii ki, insanlarımız və Vətənimiz ən yaxşılara layiqdir. Belə layihələr bizləri sevindirməyə bilməz. Eyni zamanda belə layihələr bir daha dövlətimizin iqtisadi gücünü dünyaya göstərmiş olur.
Elə bu əlamətdar hadisədən vətəndaşlarımızın fərəh hissi sovrulmamış dərhal Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi, konkret olaraq qurumun şöbə müdiri Hikmət Babayevin TV ekranından taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışaraq, “… taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil…” deməsi cəmiyyətimizdə doğru olaraq birmənalı qarşılanmadı. Bu münasibət insanlarımız tərəfindən çox böyük narazılıqla qarşılandı.
Yeri gəlmişkən hərdən müəyyən məsələləri düşünürəm və bəzi məmurları ümumiyyətlə anlaya bilmirəm. Cəmiyyətimizdə əfsuslar olsun ki, bəzi məmurlar aldıqları məvacibləri belə, avtobusda yolçuluq etdiyi və taksiyə “yaraşdırmadığı” əli qabarlı insanların hesabına aldığını, xoş rifahını elə əli qabarlı, ailəsini aldıqları cuzi məvaciblə ayın əvvəlindən axırına min bir zülmlə dolandıran məhz həmin kateqoriyalı insanların olduqlarını unudurlar.
Hərdən də düşünürəm ki, belə mühüm məsələləri xatırlamayan və ya hesaba almayan belə məmurlara cəmiyyətimizdə yer olmamalıdır. Bəli bu qədər kəskin! Elə bu yerdə dədələrimiz bir deyimini xatırladım. “Qınından çıxıb, qınını bəyənməyənlər”
Əfəndilər, fikir verin. Ölkə başçısı “hər addımda, hər fürsətdə nə ediriksə xalqımızın rifahı üçün edirik, bütün xidmətimiz xalq üçündür, xalqımız ən yaxşılara layiqdir” dediyi halda belə məmurlar görəsən bu xalqdan nə istəyir?
Doğrudur, BNA şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirib və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan etsə də, bir vətəndaş kimin mənə maraqlıdır, görəsən konkret hansı inzibati tədbirlərdən söhbət gedir?
Əfəndilər, sizlərə maraqlı deyilmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB