Quduzlaşmış Paşinyan və dünyadakı erməni havadarları

Quduzlaşmış Paşinyan və dünyadakı erməni havadarları

Prezident İlham Əliyev: “Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir”

Bu gün hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə “demokratı” başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyan kimi savadsızlırın uğursuz hakimiyyət "siyasətinin" əziyyətini elə sadə erməni xalqı çəkir və çəkəcək də. Bu iki ilədən çox bir zaman kəsiyində işğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir “düz yola gəlin” mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: “Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir”.

Yaxud da, Azrbacan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşündə iştirak edən dövlət rəhbərləri də Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiklərini bildirdilər. Və əvvəlki və mayın 4-də Bakıda keçirilən Zirvə görüşündə 120 dövlətin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü təmin olunmasını təsdtiq edərək, Ermənistanı işğalçı ölkə adlandırması isə bir daha Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən yüksək QƏLƏBƏSİDİR!

Prezident İlham Əliyev: “Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”

Bu sözləri Azərbaycan Prezidenti iyunun 9-da 28 saylı birləşmiş şəhər xəstəxanasının nəzdindəki modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib: “Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

O zaman - işğalçı Ermənistan “Düz yola” gəl mesajına əməl etməlidir

Çünki nə qədər ki, Ermənistan təxribat və terror metodlarından əl çəkməyəcək, Azərbaycan ordusu tərəfindən ciddi itkiyə məruz qalacaq. Ancaq görüntü ondan ibarətdir ki, ermənilər ənənvi təxribat metodlarından əl çəkmək niyyətindən uzaqdırlar, çünki işğalçı Ermənistanın bu çirkin əməllərə əl atmaları bir daha təcavüzkar olduğunun göstəricisidir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib ki, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür: "Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Prezident Prezident İlham Əliyev dəfələrlə bildirib ki, "Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq. Paşinyanın növbəti təxribatı isə onun sonu olacaq. Buna heç kimin şübhəsi olmasın!".

Belə bir durumda olan Ermənistan onu da yaxşı bilir ki, Azərbaycan döyüş ruhla yüksək mənəvi hazırlıqlı ordusu zəbt olunmuş ərazilərdən düşməni hər an işğal etdikləri ərazilərdən qovmaq imkanı var və bu da işğalçı Ermənistanı qorxuya salıb. Artıq ermənilər yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur. Məsələn, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi ordunun şəxsi heyətlə təminatı baxımından artıq ciddi problemə çevrilib. Vəziyyətin getdikcə acınacaqlı xarakter aldığını etiraf edən ekspertlər də bildirib ki, təcili olaraq orduya çağırış üçün müəyyən olunan yaş həddi maksimum qaldırılmalıdır, hərbi xidmətdən yayınanların sayı azaldılmalıdır. İndiki vəziyyət isə bu il də daxil olmaqla ən azı 2026-cı ilə qədər orduda çağırışçılarla bağlı ciddi problemlərin yaşanacağını göstərir. Çağırışçıların sayının azlığı ordunun şəxsi heyətlə təminatında böyük çətinliklər yaradacaq.

Paşinyanın növbəti sərsəm addımı – “qurtuluş muzdlu könüllülərdir”

Bu Paşinyanın nə birinci, nə də sonuncu addımıdır. Məhz bu səbəbdən də artıq işğalçı ölkədə vəziyyət çətin durumdadır. Sentyabrını 1-dən ölkədə mitinqlər, yürüşlər başlayıb. Digər tərəfdən isə, Paşinyanın ətrafında çox ciddi dinamik şəkildə güclənməkdə olan müxalifət qüvvələri də küçə “demokratı”nın ölkənin iki il ərzində hər tərəfli çökdüyünü görərək, ona qarşı hiddətləri daha da güclənməkdədir. Belə bir vəziyyətdə Ermənistanda “Müdafiə haqqında» qanuna dəyişikliklərin edilməsi müzakirə olunmasınını səbəbi də faktiki olaraq, məhz ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizamın zəif, ümumiyyətlə olmamasıdır. Bu dəfələrlə təsdiqlənib və işğalçı ölkənin əl atdığı sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu, mümkün deyil.

Çünki Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”.

Göründüyü kimi, bu gün iqtisadi cəhətdən ağır durumda olan Ermənistana Paşinyan muzdlu qocaları toplamaqla heç də ordunun gücləndirilməsinə nail ola bilməyəcək. Bir də hansı vəsaitlə? Eyni zamanda, insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə, əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətinə salıb. Və belə bir vəziyyəti hələ də anlamayan Paşinyan elə zənn edir ki, müzdlulardan ibarət yaradacağı «könüllülərlə» nəyəsə nail ola bilər. Absurd, yenə də absurd. Çünki xalq, ordu ənənəsi Ermənistanın tarixində, ümumiyyətlə olmayıb və belə olan halda «könüllülər» adı altında muzdluların və terrorçuların Ermənistan ordusuna cəlb etməsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi mümkünsüzdür. Ermənistanın bu niyyəti də fiaskoya uğrayacaq. Çünki Paşinyan hakimiyyətə gəldiyi gündən öz şəxsi mənafeyini güdüb. Ancaq hansı formada, hansı adla ordu «yaratsa da» Azərbaycan ordusu qarşısında aciz qalacağı ilə nəticələnəcək.

Bunu rəqəmlər də göstərir: ciddi iqtisadi problemləri olan Ermənistan bu günlərdə 2020-ci il üçün hərbi büdcəsini təsdiqləyib. Büdcə əvvəlki illə müqayisədə 25%-dək artırılıb. Ekspertlərin sözlərinə görə, gələn ilin hərbi büdcəsi təxminən 625 milyon dollar (ÜDM-in 4%-dən də az) olacaq. Müqayisə üçün Azərbaycanın hərbi büdcəsinə nəzər salsaq, görərik ki, Azərbaycanda bu rəqəm 2 milyard 260 milyon dollardır! Bu, Ermənistanın hərbi büdcəsindən təxminən 4 dəfə çoxdur. Göründüyü kimi, bu real faktordur ki, güclü Azərbaycanın büdcəsi qarşısında Ermənistanın zəif büdcəsi hansı ordudan, hansı müharibədən dnışa bilər? Müharibə yenidən alovlanarsa, Ermənistan mütləq və mütləq məğlub olacaq.

Sadalanan bu faktlar bir daha sübut edir ki, Ermənistan ordusu zəifdir və buna görə də “könüllülərin” imkanlarından istifadə edilməsi onu sübut edir ki, hakimiyyətə və orduya inamsızlığının nəticəsidir ki, heç kim hərbi xidmətə getmək istəmir.

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməklə yanaşı, nöbəti faşist xislətini nümayiş etdirməkdədir.

Bəs, Ermənistanın faşist xislətli rəhbərliyi Paşinyanın düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu təxribat yolu yox, “muzdlu könüllülər” yığmaq yox, Ermənistanın yeganə nicat yolu işğal altında olan torpaqlardan rədd olub getmək!. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...bu isə heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaosun açıq şəkildə özünü göstərdiyinin reallığıdır.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə