Fəttah Heydərov: "Nə qədər Heydər Əliyev ruhu var, Azərbaycan onun nuru, işığında inkişaf edəcək, əbədiyyətə qədər var olacaq”
"Xalqımızı qiymətləndirən, sevən, müstəqil Azərbaycanımıza doğma olan ulu öndərin xatirəsi, onun doğum günü hər yerdə böyük məhəbbət, hörmət, yüksək siyasi fəallıq şəraitində qeyd olunur". Bu sözləri SİA-ya millət vəkili Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, ulu öndər öz mənalı 80 illik ömründə bu hörməti, şöhrəti qazanıb.
Millət vəkilinin sözlərinə görə, onun Azərbaycan xalqına, torpağına göstərdiyi xidmətlər hər zaman anılır və müstəqil Azərbaycanın banisi olan ulu öndərin doğum günü hər il böyük məmnuniyyətlə qeyd olunur. Onun kimi insanların nadir hallarda dünyaya gəldiyini dilə gətirən millət vəkili vurğulayıb ki, Heydər Əliyev kimi insanlara öz xalqına, millətinə, torpağına xidmət etmək missiyası verilir ki, ulu öndər bu missiyanı layiqincə yerinə yetirib.
F. Heydərov qeyd edib ki, ümummilli lider xalqın başında duraraq, önündə gedərək Azərbaycanı dünya dövlətlərində tanınan müstəqil bir dövlət kimi yaradıb qurduqdan sonra və öz qadir əlləri ilə xalqa, vətənə etibarlı əmanət kimi qoyub gedib: " Bu gün onun davamçısı, onun kursunu uğurla davam etirərən dövlət başçısı İlham Əliyev əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkənin gün-gündən gözəlləşdirilməsi, dünyada tayı bərabəri olmayan bir dövlətə çevrilməsi üçün böyük işlər görür. Paytaxtımız indi dünyanın ən gözəl paytaxtlarından biridir. Regionlarımız dünyanın ən gözəl guşələrinə tay və ondan da yüksək ola biləcək ən baxımlı, görümlü yerlərindən birinə çevrilib. Azərbaycan xalqı bu gün özünün xoşbəxt firavan həyatını yaşayır bu da bizim ulu öndərimizin bizə, Azərbaycan xalqına əmanət qoyub getdiyi ən böyük töhfələrdən biridir. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev Azərbaycandadır. Nə qədər Heydər Əliyev ruhu var Azərbaycan onun nuru, işığında inkişaf edəcək, əbədiyyətə qədər var olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB