"Arktika" idman klubunun növbəti uğuru - AÇIQLAMA ÖZƏL-VİDEO

"Arktika" idman klubunun növbəti uğuru - AÇIQLAMA ÖZƏL-VİDEO

Azərbaycan Uşu Sanda Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə bu yaxınlarda Qəbələ rayonunda keçirilən Tovuz istiqamətində gedən döyüşlərdə şəhid düşmüş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş Respublika turnirinə yekun vurulub. Bu yarışlarda qazanılan qızıl medal sayına görə, idman klubları arasında birinci yeri tutan "Arktika" Uşu Sanda idman klubunun gəncləri SİA-nın qonağı olub və bu idman növü üzrə əldə etdikləri nailiyyətlərdən bəhs ediblər.

- Mən Eminov Elçin Uşu Sanda idman növü üzrə 4 qat Avropa çempionu, İslam Həmrəylik Oyunlarının bürünc və gümüş mükafatçısıyam. Bundan əlavə Arktika Uşu Sanda idman klubunun gənclərdən ibarət yığma komandanın da baş məşqçisiyəm. Gənclər və İdman Nazirliyinin Operativ Qərargahla birgə verdiyi rəydən sonra pandemiya ilə əlaqədar olaraq idman zalları özfəaliyyətini dayandırıb ki, bu idmançların məşq etməsinə bir çox maneələr törədib. Lakin bütün bunlara baxmayaraq, açıq havada idman fəaliyyətinə icazənin verilməsi ilə yenidən öz üzərimizdə işləməyə başlamışıq. Biz Azərbaycan Uşu Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə bu yaxınlarda Qəbələ rayonunda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş Respublika turniri keçirildi. Həmin yarışda bölgələrimizdən də bir çox rayon yığmaları da iştirak edirdi. Yarılarımız çox uğurla keçirildi və müsbət nəticələr əldə edildi. Bizim klubun idmançıları da həmin yarışlarda çox böyük nəaliyyətlər əldə etdilər. Komandamız həmin yarışda 12 qızıl medal qazandı. Bütün çətinliklərə baxmayaraq biz açıq hava şəraitində məşqlərimizi davam etdirir və idman zallarının tez bir zamanda açılmasını ümid edirik. Bununla da dünya və Avropa çempinatlarına daha mükəmməl şəkildə hazırlaşa bilərik.

- Mən Məmmədov Amal 2005-ci ildə anadan olmuşam. Artıq 4 ildir ki, Uşu Sanda idman növü ilə məşğulam. 2 dəfə Avrasiya çempionu, 2 dəfə Balkan çempionu, 1 dəfə dünya, 4 dəfə isə Respublika çempionu olmuşam. Ən son döyüşümüz Qəbələ İdman Kompleksində açıq havada baş tutub. 52 kq çəki dərəcəsində döyüşdüm. İki rəqibim vardı və hər ikisinə qalib gələrək birinci pilləyə yüksəldim. 2018-ci ildə Sərhədçi İdman Olimpiya Kompleksində 20 ölkənin qatıldığı dünya çempionatında Alpaqut idman növü üzrə 35 kq çəki dərəcəsində birinci yerin qalibi olmuşam.

- Mən Quluzadə Zaur 2009-cu ildə anadan olmuşam. Uşu Sanda idman növü ilə 2 ildir ki, məşğulam. Respublika və Beynəlxalq turnirlərin qalibiyəm. Bakıda keçirilən Prezident kubokunun bürünc medalçısı, həmçinin Alpaqut idman növü üzrə dünya çempionatının gümüş medalçısıyam. Ən son Qəbələ Olimpiya İdman Kompleksində Tovuz döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş yarışda Uşu Çında idman növü üzrə birinci yerə layiq görülmüşəm.

- Mən Rüstəmzadə Tunar. 9 yaşım var və 1 il yarımdır ki, Uşu Sanda idman növü ilə məşğul oluram. Uğurlarıma gəldikdə isə, Alpaqut üzrə Dünya Çempionatında birinci yerə layiq görüldüm. Tovuz döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş yarışda Uşu Sanda idman növü üzrə birinci yerə layiq görüldüm. Bakıda keçirilən Prezident kubokunun bürünc medalçısı, İranda keçirilən beynəlxalq turnirin qalibi olmuşam.

- Mən Abıyev Pərviz 16 yaşım var və 5 ildir ki, Uşu Sanda idman növü ilə məşğul oluram. Respublika çempionu, Türkiyədə keçirilən yarışlarda Balkan çempionu və bir çox Beynəlxalq turinirlərin qalibiyəm. Qəbələ Olimpiya İdman Kompleksində Tovuz döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş yarışda Uşu Çında idman növü üzrə qalib olmuşam.

- Mən Adıgözəlli Süleyman 14 yaşım var və 4 ildir ki, Uşu Sanda idman növü ilə məşğulam. İranda beynəlxalq turinirin qalibi, Türkiyədə keçirilən yarışlarda ikinci yerə layiq görüldüm. Qəbələ Olimpiya İdman Kompleksində Tovuz döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş Respublika turnirində birinci yerə layiq görüldüm.

Sonda isə idmançılara gələcək failiyyətlərində uğurlar arzu edir və bu cür gənclərin daha da çox olmasını ümid edirik. Hazırki məqamda gənclərin fikrini yayındıracaq, daha fərqli əməllərə sövq edə biləcək mühitlər çoxdur. Buna baxmayaraq zamanlarını həm özləri, həm də vətən üçün daha faydalı məşğuliyyətlə dəyərləndirən gənclər əlbəttə ki, digər gənclərə sadəcə nümunə ola bilərlər. Biz də SƏS ailəsi olaraq bütün idmançı gənclərimizə daha böyük qələbələr arzu edir və Azərbaycan bayrağını daim zirvələrə qaldırmalarını diləyirik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə