"Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə Buzovna qəsəbəsində bir çox sosial layihələr həyata keçirilib, məktəblər, uşaq baxçaları, səhiyyə və mədəniyyət ocaqları tikilib, əsaslı təmir olunub, məscid binaları bərpa olunaraq yenidən qurulub, parklar salınıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, qəsəbə sakinlərini ən çox narahat edən məsələlərdən biri Aeroport-Buzovna-Bilgəh magistral yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində keçmiş Billur qabları zavodunun yaxınlığında yerüstü piyada keçidinin tikilməsi məsələsi idi: "Qəsəbə sakinlərinin bu məsələ ilə bağlı Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciətlərindən sonra öz həllini tapıb.
Qəsəbənin ən mühüm problemlərindən biri də qəsəbədə yerləşən keçmiş “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan yataqxanasında 14-ü məcburi köçkün olmaqla 95 ailənin, ümumilikdə 293 nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı idi. Bu məsələ də I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müdaxiləsi nəticəsində operativ surətdə öz həllini tapdı. Koronavirus pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq qəzalı vəziyyətdə olan yataqxana binası sökülərək yerində qısa müddət ərzində həmin yataqxanada yaşayan sakinlər üçün müasir tələblərə cavab verən yaşayış binası tikilib. Qəsəbə sakinləri adından bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü və minnətdarlığımı bildirir ona çox gərgin və geniş şaxəli fəaliyyətində uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB