Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlanıb

Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlanıb

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

SİA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, hazırda reanimasiya şöbələrində 179 nəfər müalicə alır.

Xəstələrdən 24 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1748 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə