Veteran: “Erməni faşistləri alman faşistlərindən daha qəddar, daha pisdir”- DEBAT (SƏS TV)

Veteran: “Erməni faşistləri alman faşistlərindən daha qəddar, daha pisdir”- DEBAT (SƏS TV)

Böyük Vətən Müharibəsi veteranları Nəbiyev Damət, Məmmədov Bəkir və Şıxəliyev Rəşidin SİA-ya müsahibəsi:


-Böyük vətən müharibəsi iştirakçısı kimi o qanlı illəri necə xatırlayırsınız?

Nəbiyev Damət - Mənim hələ 18 yaşım yox idi. O vaxtki Komsomol təşkilatının çağırışı ilə mən ordu sıralarına könüllü getdim. 1944-cü ilin yayında bombardmançı təyyarəçilik məktəbini qurtardıqdan sonra B 20 Baston tipli, 2 motorlu 3 ton yük götürən bombardmançı təyyarədə mən döyüş uçuşlarında iştirak etmişəm. İlk döyüş uçuşum Varşava şəhərinə olub. 8-ci uçuşumda bizi vurdular, mən göydən paraşütlə tullandım. Sonra xəbər verdik, bizi gəldilər apardılar. Ondan sonra yenə də uçuşlarımız davam edirdi, Varşavanı azad etdikdən sonra Radon, Krakov və digər şəhərlərin azad olunmasında aktiv iştirak etmişəm. Polşa ərazisini azad etdikdən sonra biz Almaniya torpaqlarına keçdik. Orada da döyüşdükdən sonra 1945-ci ilin mayın 2-də sonuncu döyüş uçuşum Berlin şəhərinə olub. Ondan sonra bizim polk müharibə uçuşlarında iştirak etmədi, nəhayət müharibə bitdi. Bir il Almaniyada qaldıqdan sonra Zaparoji şəhərinə, oradanda keçmiş Leninqrad şəhərinə gəldik. Komsomolçu kimi aktiv döyüşçü, təyyarəçi olmuşam.

- Siz hansı batalyonda olmusuz və ümumiyyətlə, Berlin şəhərinin ələ keçirilməsində azərbaycanlıların rolu haqqında nə deyə bilərsiniz?

Məmmədov Bəkir - Mən 1941-ci ildə növbəti çağırışa getmişəm. Hələ o vaxt müharibə yox idi. Müharibə başlayanda biz yay lagerində idik. Bizi Minsk şəhərinin azad olunması uğrunda aparmışdılar. O zaman Minsk tutulmuşdu. Almanların o zaman əsas fikri, qarşıya qoyduqları məqsədləri 3 ay ərzində Sovet hökümətini alıb məhv etmək idi. Düzdür, biz oradan geri çəkildik. Səhra ordusu yığılandan, Stalinqrad döyüşü qələbə ilə başa çatdıqdan sonra bizim ordu ürəklə irəli gedirdi. Şimali Qafqaza düşəndə bizim bir hissəsimiz ayrı-ayrı batalyonlara, bir hissəmiz isə 223-cü Azərbaycan diviziyasına qarışdı. Bizi Smalyenskiyə gətirdilər. Moskvanın azad olunması vaxtında Belarusa gəldik. 1944-cü ildə biz buranı azad etdikdən sonra Polşa sərhəddinə gəldik. Buranı keçəndən sonra biz bir neçə gün hazırlıq gördük. Təxminən aprel ayının ikinci yarısında demək olar ki, müharibə bitmişdi. Lakin 9 may almanların tərkisilah olunan günləridir. Həmin müharibədə Azərbaycan diviziyaları çox şöhrət qazanıblar. Sevastopolun alınmasında onların böyük rolu var idi. Bizim müharibəyə hərtərəfli yardımımız başqaları ilə müqayisədə hər zaman üstün olub. Neftimiz müharibənin 75-80 faiz mexanizmini təmin edib. Yandırıcı butulka Yusif Məmmədəliyevin fikri idi. Hansı ki, müharibədə həmin butulkalardan istifadə olunurdu.

Demək olar ki, Almaniyanın- Hitler faşizminin məğlub olunmasında Azərbaycan xalqının həddən artıq böyük işi olub.

- O vaxtkı SSRİ-nin ən yüksək mükafatı sayılan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Azərbaycanlı qəhrəmanlar haqqında nə deyə bilərsiniz?

Şıxəliyev Rəşid - Bizim birinci qəhrəmanımız İsrafil Məmədov olub. O 1941-ci ildə dekabr ayında almanların üzərinə hücum zamanı onların 72 əsgərini və zabitini məhv edib. Həmin döyüşdən sonra o Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İkinci qəhrəmanımız Qafar Məmmədov olub. O 16 düşmən məhv edib. Qızğın müharibə zamanı öz sinəsini irəli verərək komandirini düşmənin gülləsindən müdafiə edib. Özu məhv olsa da komandirini qorumuşdu. O bilirdi ki, müharibədə komandir lazımdır. Digər qəhrəmanımız Aydın Quliyev 18 düşmən təyyarəsini vurub. Həzi Aslanov haqqında hamı bilir, Mehdi Hüseynzadə haqqında da hamının məlumatı var. Onun qəhrəmanlığı haqqında danışıb qurtarmaq olmaz. Sonda o təslim olaraq həlak olur.

- Siz gənclərin hərbi vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində hansı tədbirlər həyata keçirsiniz?

Məmmədov Bəkir - Bizim Dağlıq Qarabağın azad olunması uğrunda ali və orta məktəblərdə vətənpərvərlik haqqında, gənc nəslin yetişməsi ilə əlaqədar söhbətlərimiz olur. Erməni faşistləri alman faşistlərindən daha qəddar, daha pisdir. Mən arzu edərdim ki, bizim gənclər başa düşsünlər ki, torpaq bizimdir. 90-cı illərin əvvəllərində səriştəsiz dövlət başçıları Azərbaycan xalqına zərər vurdular. Lakin ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqımız həm hərbi, həm də yaşayış sahəsində dirçəlişə doğru getdi. Hazırda ölkə başçımız bütün yol, mümkünatla çalışır ki, müharibə olmasın. Ölkə başçısı məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Əgər olmasa, biz hər zaman döyüşə hazır olmalıyıq. Çünki torpaq ermənilərin yox, bizimdir. 9 yaşında uşağa güllə atanın əli qurumalıdır. Uşağın nə xəbəri var ki, müharibə nədir. Uşağı öldürən ümumiyyətlə, insanlığını itirən kəsdir. Mən istəyərdim ki, bizim gənclər yaxşı, gözəl böyüsün, torpaqlarımızın azad olunmasında yaxından iştirak etsinlər.

Nəbiyev Damət- Hər kəs vətəni sevməlidir. Vətən o zaman vətəndir ki, uğrunda öləni var. Bayraq o zaman bayraqdır ki, üstündə qan ləkəsi var. Bunu hər bir azərbaycanlı dərk etməlidir. Ona görə də hərbi vətənpərvərlik ruhunda tərbiyə yüksək səviyyədə olmalıdır. Gənclərimiz hərbi dərsi, taktikanı yaxşı mənimsəməlidirlər ki, müharibə zamanı onlara asan olsun. Əgər onlar təlim vaxtı hər şeyi yaxşı mənimsəsələr, o zaman döyüş vaxtı onlara asan olar. Qızlarımız da döyüşlərdə iştirak etməlidir. Vətən hər birimizin vətənidir. Əgər Ali Baş Komandan əmr edərsə, biz də cavanlarla birgə qabaqda getməliyik. Hələlik gözləyirik. Əgər düşmən bizim təkliflərimizə razılaşmasa, əlbəttə ki, döyüşə hamımız hazırıq. Torpağımızı azad etmək bizim müqəddəs borcumuzdur. Qələbə çalıb bayrağımızı işğal olunan torpaqlarda ucaldacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə