Xəzər rayonunda mobil işçi qruplar tərəfindən reydlər davam etdirilir FOTOLAR

Xəzər rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov mobul qrup üzvləri ilə Xəzər RİH-nin inzibati binasının qarşısında, açıq havada işçi qaydada yığıncaq keçirib və sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon ərazisində karantin qaydalarının şərtlərinin pozulması ilə bağlı yerlərdə keçirilən reydlərin və dezinfeksiya işlərinin gücləndirilməsi tapşırığını verib.

Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin məsul şəxsləri tərəfindən rayon ərazisində reydlər keçirilib.

Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnib və ciddi xəbərdarlıqlar edilib. Həmçinin, küçə və prospektlərdə, məhəllələrdə aparılan reydlər zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların evdən çıxmamaları və maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı rayon sakinlərinə ciddi xəbərdarlıqlar olunub.

Mobil qruplar tərəfindən Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən İctimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək tələb olunan qaydalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə