Mobil təbliğat qrupları Ağstafada aktiv fəaliyyət göstərir - VİDEO

Hər kəsə məlmudur ki, hazırda bütün dünya dövlətlərinin, o cümlədən Azərbaycanın da əsas diqqəti yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizəyə yönəlib. SİA-nın verdiyi məlumata görə, ölkəmizdə bu virusun aşkar olunduğu ilk gündən bəri infeksiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Məhz pandemiyanın elan olunduğu vaxtdan zamanında qəbul edilən düzgün qərarlar və tətbiq olunan zəruri məhdudiyyətlərin nəticəsidir ki, vətəndaşlarımızın sağlamlığının qorunması mexanizmi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir çox dövlətlər üçün nümunə kimi göstərilir. Lakin bu istiqamətdə icra olunan tədbirlərin müsbət nəticə verməsi də məhz elə vətəndaşların sosial məsuliyyətindən asılıdır.

Təəsüflər olsun ki, son günlər ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdə, o cümlədən Ağstafada epidemioloji vəziyyətin və karantin qaydalarının icra vəziyyətinin monitorinqi göstərdi ki, bir çox vətəndaşlarımız bu tələblərə olduqca məsuliyyətsiz şəkildə yanaşmaqla ümumi vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarır. Nəticədə əhalinin sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin daha da gücləndirilməsi zərurəti ortaya çıxmşdır. Təbii ki, bunun üçün başlıca amil əhali arasında təbliğat və maarifləndirmə tədbirlərinin icrasının intensivləşdirilməsidir.

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sədrlik etdiyi Qərargahın təşəbbüsü ilə rayonda əhalinin sıx toplandığı ərazilərdə maariflərndirici tədbirlər həyata keçirmək üçün otuz sayda mobil təbliğat qrupu yaradılmışdır. Hər bir qrup dörd nəfərdən ibarət olmaqla təkibində Rayon İcra Hakimiyyətinin məsul işçiləri, polis əməkdaşları, bələdiyyə üzvləri, ictimai fəallar və gənc könüllülər yer alıb. Tərtib olunmuş müvafiq siyahıya əsasən qruplar bu gün təhkim olunmuş ərazilərində zəruri təbliğat işləri həyata keçiriblər. Belə ki, rayonun iri ticarət və iaişə obyektlərində, mərkəzi bazarda, park və xiyabanlarda, çoxmənzil yaşayış binalarının ətraflarında, eləcə də əhalinin sıx toplandığı digər ərazilərdə vətəndaşlara Koronavirus (COVİD-19) infeksiyasına qarşı tələbləri özündə əks etdirən proşurlar paylanılıb, müvafiq yerlərdə, o cümlədən ictimai nəqliyyat vasitələrində isə yapışdırılıb. Sakinlərə tibbi maskadan istifadə, sosial məsafəyə əməl etmə, yaşadıqları ərazini ehtiyac olmadıqda tərk etməmək kimi vacib tələblərin əhəmiyyəti bir daha ətraflı izah edilib. Qruplar gündəlik olaraq ərazilərdə aktiv fəaliyyətlərini davam etdirəcəklər.

Ağstafa Rayon İcra Hakimiyyəti koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər bir ağstafalıya xüsusi təşəkkürünü bildirir və bütün sakinlərimizi öz doğmalarının, yaxınlarının qayğısına qalmaq üçün dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən kənarda qalmamağa çağırır. Biz ağstafalılar da möhtərəm Prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarının iştirakçısı olaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...