Tanınmış ictimai fəal mükafata layiq görüldü "QIZIL QƏLƏM" + FOTOLAR

Tanınmış ictimai fəal mükafata layiq görüldü

Azərbaycan Dövlət Tibb Universtetinin dosenti Arzu Mehtiyeva Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl Qələm” Media mükafatına layiq görülüb. SİA xəbər verir ki, 15 İyun – Milli Qirtuluş Günü münasibəti ilə Xeber.Biz.com saytı Təhsil Forumu-2020 Facebook qrupu ilə birgə “15 iyun tarixinin Azərbaycanın ictimai-siyasi həyatında rolu” mövzusunda yazı müsabiqəsi keçirib. Həmin müsabiqədə iştirak etmiş Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tanınmış ictimai fəal Arzu Mehtiyevanın qələmə aldığı məqalənin ictimai-siyasi əhəmiyyəti nəzərə alınaraq xüsusi mükafata layiq görülüb. Həmçinin Arzu xanım Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının 16 iyun 2020-ci il qərarı ilə “Qızıl Qələm” Media mükafatı ilə təltif olunub.

Tələbələrin qürur duyduğu və hər bir gəncə örnək olası Arzu xanımı təbrik edir, uğurlarının davamını və yüksəlişini hər zaman gözləyirik. Qəlbi, ruhu, amalı, məqsədi, niyyəti ilə elmimizə və səhiyyəmizə xidmət edən bu xanım həmçinin ictimai fəallığı və əsl ziyalı mövqeyi ilə də seçilir. Yurduna, kökünə və peşəsinə bağlı olanlar mütləq ki, zəhmətinin nəticəsində arzuladığı və məqsədinə nail olacaq! Yaxın gələcəkdə yüksək zirvələri fəth edərək, daha böyük uğur və nailiyyətlər diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə