Jurnalist qurumu: "Düşmən artıq qapıda deyil, evimizin içindədir”

Jurnalist qurumu: "Düşmən artıq qapıda deyil, evimizin içindədir”

“Son bir neçə həftə ərzində ölkəmizdə Koronavirusla bağlı yaranmış vəziyyət, bu virusa yoluxanların sayının hər gün sürətlə çoxalması ciddi təşviş doğurur. Bu barədə qəti və radikal addımlar atılmalıdır”. Bu barədə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov mətbuat üçün açıqlamasında bildirib. Qurum rəhbəri, vətəndaş məsuliyyətsizliyinin pik həddə çatdığını, bunun da acı nəticələrinin uzaqda olmadığını elan edib: “Min təəsüf ki, vətəndaşlarımız bunun faciəli nəticələrini göz önünə gətirmək istəmirlər. Son günlər bir sıra tanınmış incəsənət xadimlərinin, habelə həkim personalının bu dağıdıcı virusa yoluxması belə, insanların ayılmasına səbəb olmadı.

Bir çoxları Bakı küçələrinin İtaliya və İspaniyadakı meyit gölməçəsinə çevrilməsini gözləyirlər ki, bəlkə bundan sonra nəyəsə inansınlar. Məncə ölkə rəhbərliyi çölə çıxmağı qadağan edən sərt karantin rejiminin ən azı 1 həftə tətbiq olunmasına qərar verməlidir. Düşmən, artıq qapıda deyil, evimizin içindədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə