Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin "ilin gənc müəllimi" müsabiqəsi qalibinin mükafatlandırılması mərasimi baş tutub.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bu müsabiqədə 2019-cu il üzrə qalibi Bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyevə ATİAHİ Respublika Komitəsinin təşkilat şöbəsinin mütəxəssisi Rüstəm Nəzirov diplom və hədiyyəni təqdim edib.
Müsabiqənin qalibi ilk olaraq ölkə başçısı cənab İlham Əliyevə, sonra isə Kənd təsərrüfatı naziri cənab İnam Kərimova eləcə də Həmkarlar İttifaqı Komitəsinin sədri millət vəkili professor Səttar Mehbalıyevə və Universitetin rektoru professor İbrahim Cəfərova hərtərəfli dəstək və köməkliyə görə bütün gənc müəllimlər adından dərin minnətdarlığını bildirib.
ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB