COVID-19: Son 24 saatda baş verənlər STATİSTİKA

COVID-19: Son 24 saatda baş verənlər  STATİSTİKA

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 7 milyon 263 mini ötüb. SİA xəbər verir ki, dünya üzrə virusdan sağalanların sayı isə 3 milyon 576 mini, həyatını itirənlərin sayı isə 411 mini keçib.

Statistikaya əsasən, ən ağır epidemioloji vəziyyət ABŞ-da müşahidə olunur, virusa yoluxanların sayı 2 milyon 34 mini keçib. Ölkədə virusdan həyatını itirənlərin sayı isə 113 minə çatıb, sağalanların sayı isə 775 mini keçib.

ABŞ Prezidenti Donald Trump isə pandemiya ilə əlaqədar dayandırdığı seçki kampaniyaları yenidən start verəcəyini açıqlayıb.

Pandemiyadan ən çox zərər çəkən ikinci ölkə isə Braziliyadır. Burada yoluxmaların ümumi sayı 719 mini ötüb, virusdan həyatını itirənlərin sayı isə 38 minə yüksəlib. Ölkədə virusdan sağalanların sayı isə 325 mini keçib.

Rusiyada isə ümumi 485 mindən çox adam koronavirusa yoluxub, 6 mindən çox xəstə isə həyatını itirib. COVID-19-dan sağalanların sayı isə 242 mini ötüb. Rusiyanın paytaxtı Moskvada mart ayının 30-dan eibarən elan edilmiş komendant saatı artıq ləğv edilib.

İspaniyada isə iki gün ərzində virusdan yeni ölüm halı qeydə alınmayıb. Ölkədə virusa yoluxanların ümumi sayı 289 minə qalxıb, son 24 saat ərzində həyat itkisi qeydə alınmayıb, virusdan bu günə qədər 27 min nəfər həyatını itirib.

İngiltərədə COVID-19-dan vəfat edənlərin sayı 41 minə çatıb, ümumi yoluxanların sayı isə 289 mini ötüb. Pandemiya səbəbindən Dünya Ralli Çempionatının (WRC) Böyük Britaniyada keçiriləcək hissəsi ləğv edilib.

İngiltərədə hökuməti virusdan 40 mindən çox insanın həyatını itirdiyini bildirsə də, Milli Statistika İnstitutu ölkədə virusdan 50 mindən çox insanın vəfat etdiyini açıqlayıb.

İtaliyada isə virusdan vəfat edənlərin sayı 34 minə çatıb. Yoluxmaların sayı ümumi sayı 235 mini ötüb. COVID-19-dan sağalanların sayı isə 169 minə çatıb.

Fransada virusdan 29 mindən çox insan həyatını itirib, ümumi yoluxmaların sayı 154 mini keçib, sağalmış insanların sayı isə 71 mini ötüb.

İranda son 24 saat ərzində 74 nəfər vəfat edib, virusdan ümumi 8 mindən çox insan həyatını itirib. Yoluxanların sayı 24 saat ərzində 2 mindən çox artaraq ümumi 175 mini ötüb. Virusdan 138 mindən çox adam sağalaraq evə buraxılıb.

Azərbaycanda isə ilk gündən bu günə qədər yeni növ koronavirusa 8191 nəfər yoluxub, 4606 nəfər virusa qalib gəlib. 98 nəfər COVID-19-dan həyatını itirib. Hazırda aktiv xəstələrin sayı 3487 nəfərdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə