Sağlamlığımızın qorunması üçün hər kəs maskalardan istifadə etməlidir - ŞƏRH ÖZƏL

Sağlamlığımızın qorunması üçün hər kəs maskalardan istifadə etməlidir - ŞƏRH ÖZƏL

"Məlumdur ki, yer üzərində bütün canlılar təhlükədən qorunmaq üçün 3 üsuldan istifadə edirlər. Biricisi təhlükədən qaçmaq, ikincisi təhlükəyə hücum etmək, üçüncüsü isə ondan gizlənmək. Koronavirus böyük bir təhlükədir. Onu görmürük ki, qaçaq və ya əksinə hücum edək. Ona görə də geriyə sadəcə bir yol qalır- gizlənmək". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bundan da gizlənməyin yolu ya evdə qalmaq, ya da daha mükkəmməl yol maskadan istifadə edərək bu bəladan qorunmaqdır: "Məsələ dövlət orqanları, Nazirlər Kabineti tərəfindən qaldırılıb. Səhiyyə orqanları da həmçinin maska taxmağı tövsiyyə edirlər. Cəmiyyət bütünlükdə birmənalı şəkildə buna əməl etməlidir ki, həm özlərini, həm də yaxınlarını qorusunlar. Özünü təhlükədən qorumaq bütün canlılara Allah tərəfindən verilən instinkdir. Şüursuz dediyimiz heyvanlar belə özlərini təhlükədən qoruduğu halda, insanlar niyə öz sağlamlığını qorumağa laqeyd olmalıdırlar? Bu anormal haldır".

E.Hüseynov bildirib ki, maskaların yararlılıq vaxtları da növlərinə görə dəyişir: "Çox təssüf ki, yerli istehsalımız olan maskaların nümunəsi məndə yoxdur. Bildiyim qədərilə yerli istehsal olunan maskalar standartlara cavab verir və insanlar yerli istehsal olan maskalara da üstünlük verməlidirlər. Bəzi ölkələrdən gətirilmiş və primitiv şəkildə istehsal edilən maskalar heç də insanları qorumur. Çünki koronavirusun diametri çox kiçikdir. Həmin primitiv maskaların dəliklərində asanlıqla keçə bilirlər. Azərbaycanda istehsal olunan maskalar 3 qatdan ibarətdir. Onun ötürücülüyü çox azdır. Ona görə də maskalardan istifadə zamanı diqqətli olmalıdırlar. Əsasən də maskaların istifadə müddəti bitdikdən sonra mütləq onları istifadəyə yararsız vəziyyətə salmaq zəruridir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə