Səfər Alışarlı: “Bu il 1100 QHT hesabatını Maliyyə Nazirliyinə təqdim edib”- MÜSAHİBƏ
Azərbaycan Respublikası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri, Şuranın vətəndaş cəmiyyəti jurnalının baş redaktoru Səfər Alışarlının SİA-ya müsahibəsi:
- Milli donor olan QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan QHT-lərinin maraq və mənafelərini tam şəkildə ifadə edə bilirmi?
- Azərbaycan QHT-lərinin maraqları, ümumiyyətlə inkişaf perspektivləri prezident İlham Əliyevin sərəncamı ilə təsdiq etdiyi QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasında təsdiq olunub. Konsepsiyada ölkə QHT-lərinin inkişafı ilə bağlı şuranın görüləcəyi işlər və vəzifələr müəyyənləşib. Bununla da şura QHT-lərə məlumat, informasiya, konsultativ, metodiki təşkilati və maliyyə yardımı dəstəyi verir. Şura yaranana qədər QHT-lər, əhalinin üzərinə buraxılan ictimai qurumlar xarici donorlardan asılı vəziyyətdə idilər, çünki milli donorlar mövcud deyildi. Xarici donorlar da onların istəklərinə və arzularına uyğun layihələri maliyyələşdirməyə üstünlük verirdilər. Şura yarandıqdan sonra burada vəziyyət tamamilə dəyişdi və son 3 il ərzində Azərbaycanda QHT-lərdə çox böyük inkişaf olduğunu demək artıq mümkündür.
- Maraqlıdır, Azərbaycan Respublikası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yalnız QHT-lərə maliyyə yardımı ayrılmaqla məşğuldur? Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və ya siyasiləşmiş QHT-lərin fəaliyyətinin tənzimlənməsinə baxış keçirilirmi?
- Əlbəttə, şuranın bununla bağlı keçirdiyi maliyyə müsabiqələrində fəaliyyət istiqamətləri müəyyənləşdirilir ki, hər il şura hansı istiqamətləri prioritet olaraq götürür və bu istiqamətlərdə QHT layihələrinə maliyyə ayırır. Açıq demək lazımdır ki, bu prioritet istiqamətlər də QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasında öz əksini tapıb. Burada respublikanın maraqlarını əks etdirən bir çox mövzular verilib. Bu mövzulardan biri də ölkə həqiqətlərinin dünyaya çatdırılması və Azərbaycanın maraqlarının beynəlxalq məhkəmələrdə, ictimai təşkilatlarda müdafiəsidir. Bu, bütövlükdə Dağlıq Qarabağ mövzusunun içərisində ayrıca bir mövzu kimi öz əksini tapıb. Bütün maliyyə müsabiqələrində bu mövzuya xüsusi diqqət verilir. Yalnız onu deyə bilərəm ki, son 3 il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı təxminən 100-ə yaxın QHT layihəsi maliyyələşdirilib. Bizim orta hesabla bu layihələrə ayırdığımız maliyyə yardımını 7-8 min civarında götürsək, bu layihələrin maliyyələşməsinə ayrılan məbləği də hesablamaq çətin olmaz. Azərbaycanın milli maraqlarının ölkədən kənarda beynəlxalq müstəvidə qurulması bu iki mövzu ilə məhdudlaşmır. Burada böyük bir lobbiçilik fəaliyyəti həyata keçirilir ki, bu Azərbaycan diasporu ilə birlikdə fəaliyyətini əks etdirir. Eyni zamanda, onlara təşkilatı, texniki yardımı informasiya dəstəyinin verilməsində də QHT-lər böyük rol oynayırlar.
Bəzi xarici fondlardan maliyyə yardımı alan və bunun müqabilində radikal müxalifətin keçirdiyi aksiyalarda iştirak edib onlara dəstək verən QHT-lərə şura hansı mövqe sərgiləyir?
- Əlbəttə, hər hansı bir xarici donordan maliyyələşərək Azərbaycanın maraqlarına qarşı çıxış edən QHT-lərə şuranın münasibəti yaxşı ola bilməz. İndiyə qədər QHT-lər aldıqları maliyyə vəsaitləri haqqında Maliyyə Nazirliyinə hesabat vermirdilər. Amma ötən ildən başlayaraq şuranın və Maliyyə Nazirliyinin köməyi ilə hesabatların verilməsi həll olunub. Əgər ötən il 800-ə yaxın QHT Maliyyə Nazirliyinə öz hesabatını təqdim etmişdirsə, bu il həmin rəqəm 1100-dən yuxarıdır. Qeyd etməliyəm ki, şuranın apardığı təbliğat təşviqatı işlər nəticəsində bu maliyyə hesabatlarının verilməsi bu gün də davam etdirilir. Güman edirəm ki, mahiyyət etibarı ilə gələn il qat-qat artıq QHT öz maliyə vəsaiti barədə hesabatını təqdim edəcək.
- Xarici fondların maliyyə dəstəyi ilə hərəkət edən, fəaliyyət göstərən QHT-lərə inzibati cəzanın tətbiqi və ya onların qeydiyyatının ləğv olunması nə dərəcədə realdır?
- Əgər onlar Azərbaycan qanunlarını pozurlarsa, bunun üçün onların fəaliyyətinə nəzarət edən qurum Ədliyyə Nazirliyidir və belə hallar müşahidə olunan zaman təbii ki, onlara qarşı sanksiyalar tətbiq oluna bilər. Heç şübhəsiz, onların qeydiyyatı ləğv oluna bilər və gələcək fəaliyyətləri də məhdudlaşdırıla bilər. Amma şura bütövlükdə inzibati yolla deyil, QHT-ə rəhbərləri ilə Azərbaycanın milli mənafelərinin qorunmasının vacibliyini önə çəkərək öz fəaliyyətini qurur. Əvvəllər Azərbaycanda radikal mövqedə duran bir çox QHT-lər artıq Azərbaycanın maraqlarının müdafiəsinin vacibliyini dərk edir və bu maraqların qorunmasında öz köməkliklərin göstərməyə çalışırlar. Amma bu istiqamətdə şuranın fəaliyyəti son 3-4 ildə misli görünməmiş dərəcədə yüksək və səmərəlidir. 5 il bundan əvvələ baxsaq, Azərbaycanda cəmi 1000-ə yaxın QHT-nin fəaliyyətini görərdiniz. Bu gün statistika onu göstərir ki, ölkədə 3000-dən artıq QHT qeydiyyatdan keçir və hər il yüzlərlə təşkilat qeydiyyatdan keçməkdə davam edir. Ən yaxşı, perspektivli, vacib layihələr şura tərəfindən maliyyələşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB