DSX-nin rəis müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM

DSX-nin rəis müavini vəzifəsindən azad edildi  - SƏRƏNCAM

Prezident İlham Əliyev Ə.V.Nağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın verdiyi məlumata görə, sərəncama əsasən General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə