Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA xəbər verir ki, Abşeron rayonunda yaşayan Amil Eyvazlı yazır:
Möhtərəm cənab Prezident.
Mən Sizə və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Bu pandemiya dövründə uğurlu siyasətiniz nəticəsində xəstəliyin qarşısı alındı və tez bir zamanda əvvəlki həyatımıza dönəcəyik. Karantin dövründə işsiz vətəndaşlara birdəfəlik ödənilən 190 manat müavinət və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin təşkil etdiyi "Biz birlikdə güclüyük!" adlı yardım kampaniyasına görə Sizə bir daha təşəkkür edirik. Biz bu gün sayənizdə həmin yardımı aldıq. Allah Sizi qorusun. Sizə hər zaman dəstəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB