"Sizin sayənizdə bu bəladan tezliklə qurtulacağıq" - VƏTƏNDAŞ MƏKTUBLARI
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
İlham Ağayev Sumqayıt şəhərindən Prezidentə ünvanladığı məktubda yazır:
Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident.
Son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin.
Qax rayonundan Naib Darçınov yazır:
Hörmətli cənab Prezident.
Sizin bütün addımlarınız, qərarlarınız göstərir ki, koronovirusla üzləşdiyimiz bir dövrdə Sizin əsas amalınız Azərbaycan xalqını bu bəladan qurtarmaqdır. Xalqımız da bir daha gördü ki, Sizin sözünüzlə əməliniz üst-üstə düşür, vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir.
Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə 190 manat birdəfəlik ödəmə ilə təmin olundum. Bu mənim kimi yüz minlərlə insan üçün maddi yardımla yanaşı, mənəvi kömək oldu. Biz Sizi arxamızda hiss etdik.
Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə cansağlığı və ölkəmiz naminə tükənməz güc-qüvvət arzulayıram.
Bakıdan Rəcəb Rəfixanov qeyd edir:
Hörmətli cənab Prezident.
Ev sahibi evin dirəyi, arxa-dayağıdır deyirlər. Bizim ölkəmiz də daim əziz Prezidentimizin əməyi və qayğısı sayəsində inkişaf edir. Dünyada bütün baş verənlərə baxmayaraq, həm xalqın, həm də ayrı-ayrılıqda hər bir vətəndaşın probleminə bütün ruhu ilə özünü sərf edən belə məsuliyyətli və fədakar Lider çox az tapılar. Bu gün fikrimcə təkcə mən deyil, milyonlarla insan Sizə - hamımızın qayğısına qalan, ən müdrik, mərhəmətli və dünyanın ən uzaqgörən Prezidentinə təşəkkürümüzü bildiririk.
Cənab Prezident, çox sağ olun ki, bu bəla ilə, dünyanı lərzəyə gətirən koronavirusla bağlı bu dərəcədə düzgün tədbirlər görmüsünüz. Bu, Sizin bizə - Azərbaycan xalqına olduqca səmimi münasibət barədə daha bir danılmaz faktdır.
Çox sağ olun ki, sosial vəziyyətindən asılı olmayaraq ölkənin hər bir sakininin vəziyyəti ilə maraqlanırsınız. Bizim sabit vəziyyətimiz, sağlamlığımız, həyatımız bədnam qonşularımızın həsəd aparacağı mövzudur.
Bir də ona görə təşəkkür etmək istərdim ki, ölkəmizdə hər kəs özünə və öz gücünə inanır. Bütün bunlar ona görədir ki, möhtərəm İlham Heydər oğlu bu insanların hər birinə ata qayğısı ilə yanaşır.
Sizinlə fəxr edirəm, mənim Prezidentim.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin direktoru Ramiz Vəkilov:
Hörmətli cənab Prezident.
Dövlətimizin sosial-iqtisadi inkişafının yüksəldilməsi, insanların maddi rifah halının yaxşılaşdırılması sahəsində aparılan inqilabi islahatların nəticəsi, bütün sahələrdə olduğu kimi, respublikamızda kənd təsərrüfatının inkişafında əsas rolu olan meliorasiya və su təsərrüfatında da hiss olunmaqdadır. Ümummilli lideri Heydə Əliyevin layiqli davamçısı kimi, Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasında olmaqla cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı şəraitdə məhz Sizin rəhbərliyinizlə həyata keçirilən operativ qabaqlayıcı tədbirlər vətəndaşların sağlamlığının qorunması üçün misilsiz əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı digər ölkələrlə müqayisədə daha azdır. Ölkəmizdə bu virusa qarşı görülmüş bütün tədbirlər insanların sağlamlığının qarantıdır.
Hörmətli cənab Prezident, hazırda bəşəriyyət üçün əsl faciəyə çevrilən koronovirus pandemiyasına qarşı mübarizədə xalqımızı Sizin və Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, həmrəylik, birlik nümayiş etdirdi. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Əminik ki, Sizin sayənizdə bu bəladan tezliklə qurtulacağıq.
Cənab Prezident, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin kollektivi bütün bunlara görə Sizə və Mehriban xanıma təşəkkür edir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzu edir.
Qubadlı rayonu, Bəxtiyarlı kənd sakini Gülnar Həsənova:
Hörmətli cənab Prezident.
Bu aylar dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası yüzlərlə ölkədə yüz minlərlə insanın canını alıb, dünya üzrə yoluxanların sayı üç milyonu keçib. Lakin Sizin vaxtında atdığınız addımlar, gördüyünüz məhdudlaşdırıcı tədbirlər ölkəmizin bu pandemiyadan daha az zərərlə çıxmasına imkan yaratmışdır.
Bu ağır günlərdə işsizlərə, imkansız ailələrə iki ay ərzində birdəfəlik yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, xırda sahibkarlara dəstək verilməsi dövlətin hər bir vətəndaşa göstərdiyi yüksək diqqətin təcəssümüdür. Biz buna görə dövlətimizin rəhbəri kimi Sizə öz minnətdarlığımızı bildirir və dərin təşəkkür edirik.
Allah köməyiniz olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB