Hər bir azərbaycanlının Prezidenti olmağı son 18 illik əməli fəaliyyəti boyu hər gün-hər an bacaran dövlət başçısı cənab İlham Əliyev bu çətin sınaq günlərində də insanlarımızı sevindirməyə, sevinclərinə sevinc qatmağa çalışır, onları ümidsizləşməməyə, əksinə, daha inamlı və güvənli olmağa ruhlandırır. İnsanların yaşamına yaşam, rəng qatır. Elə dünən, cəmi saatlar öncə cənab Prezident koronavirus pandemiyasının önlənməsi, onun vurduğu zərər və ziyanların aradan qaldırılması, daha az itkilərlə çıxılması üçün daha bir addıma getdi. Ölkənin İqtisadiyyat, eləcə də, Əmək və əhalinin sosial müdafiəsi nazirləri ilə videobağlantı formasında iclasında dövlət başçısı işsiz kimi qeydiyyata alınmış insanlarımıza daha bir müjdəsini verdi. Belə ki, dövlət başçısının tapşırığına əsasən hazırlanmış və Nazirlər Kabineti tərəfindən ictimaiyyətə açıqlanaraq, icrasına başlanılmış "Tədbirlər Planı"na əsasən 200 mindən artıq işsiz insanımıza iki ay ardarda 190 manat miqdarında birdəfəlik ödəmənin həyata keçirilməsi nəzərdə tutulurdu və atıq bir həftəyə yaxındır ki, posesə start verilərək, on minlərlə insanımıza bu ödəmələr çatdırılmşıdı.
Proses bu gün də davam etməkdədir. Ancaq dövlət başçısı bununla kifayətlənməyin düzgün olmadığını, həmin insanların sayının ən azı 3 dəfə artırılaraq, 600 minə çatdırılması haqqında göstəriş və tapşırığını verdi. Cənab Prezident dedi: "İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür...
" Hesab edirəm ki, bu addımın xüsusi şərhə və geniş izahata da ehtiyacı qalmır... Elə bir möhtəşəm addımdır ki, sözlər, kəlmələr də onu izah etməkdə aciz qalır... Budur İlham Əliyev iradəsi, budur İlham Əliyev qətiyyəti, budur Azərbaycan insanına olan dövlət sevgisi və məhəbbəti... Eyni zamanda, qeyd edim ki, iki ay müddətində 190 manat birdəfəlik müavinət verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək. Həmçinin, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilərək 20 min nəfərə çatdırılacaq. Çünki sosial müdafiə sahəsində nəzərdə tutulan tədbirlərdən biri də işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsidir. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq.
Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Belə ki, işsizlikdən sığorta ödənişi ancaq vətəndaşın iradəsindən kənar olan işsizlik səbəblərindən ödənilirdi. Yəni, əgər vətəndaş öz ərizəsi ilə, yaxud onunla imzalanan müqavilənin müddəti başa çatdığına görə işdən çıxırdısa, onlara işsizlik sığortası ödənilmirdi. Hazırda bununla bağlı silsilə tədbirlər hazırlanır. Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxslərə də işsizlikdən sığorta ödəniləcək. Bəli, bunlar dünyanın və bizim başımızın üzərini qara buludlar kimi almış koronavirus pandemiyasının ölkəmizdə yayılmasının və qarşısının alınmasında növbəti addımlardır... Xalqın sağlamlığının təmin edilməsi, insanlarımızın rifah halının yaxşılaşdırılması istiqmətində atılan addımlar... İnsana, insanlığa doğru atılan böyük addımlar...
Addımların mübarək olsun, Azərbaycan, addımlarınız sayalı olsun, cənab Prezident!
Jalə ƏLİYEVA, millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB