"Koronovirusdan sonra daha ciddi sınaqlar başlayacaq" ÖZƏL-MÖVQE

"Koronovirusdan sonra daha ciddi sınaqlar başlayacaq"  ÖZƏL-MÖVQE

"Ümumiyyətlə koronovirus pandemiyası bitdikdən sonra və post-koronovirus dövrü başlayacağı təqdirdə münaqişələrin daha da müəyyən bir sürətli xətlə davam edəcəyini proqnozlaşdırmaq olar". Bunu SİA-ya politoloq Vüqar Zifəroğlu deyib.

"Çünki, hal-hazırda pandemiya ilə əlaqədar olaraq sanki bir durğunluq var. Amma bununla belə müəyyən nöqtələrdə hələ də gərginliklər davam edir və mövqe savaşları getməkdədir. Biz bunu ən azından Yaxın Şərqdəki proseslərdən görə bilirik. Məsələn, Liviyada, Yəməndə baş verən son proseslər bunun əyani sübutudur. Ümid etmək istərdik ki, koronovirus pandemiyasından bütün dünya, bəşəriyyət müəyyən nəticələr çıxarsın. Əslində hər şeyin bir anda dəyişə biləcəyi, insanlıq üçün böyük təhlükələr ola biləcəyi nəticəsini çıxarsın. Hətta ABŞ, Avropa mediasında da tez-tez koronovirus dövrü ilə bağlı maraqlı məqalələr, analitik yazılar, araşdırmalar yayımlanır. O araşdırmalarda, məqalələrdə edilən vurğu ondan ibarətdir ki, əksinə koronovirusdan sonrakı dönəmdə geosiyasi münaqişələr baxımdan dünyanı daha maraqlı və daha ciddi sınaqlar gözləməyə başlayacaq", - deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə