Bu gündən kafe və restoranlar saat 15:00-da bağlanacaq

Bu gündən kafe və restoranlar saat 15:00-da bağlanacaq

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qeyd olunub ki, ictimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər. Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda, zəruri qidalanma imkanlarını da saxlamaqdır. Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə