Bayram günlərində, eləcə də ilin müxtəlif vaxtlarında şəhid ailələri, Qarabağ əlilləri və qaziləri daim diqqət mərkəzində saxlanılır. Ayrı-ayrı dövlət qurumları ilə yanaşı ictimai və siyasi təşkilatlar da onları diqqətdən kənarda saxlamırlar onları bayramlarda ziyarət edirlər. Bu ənənəni davam etdirən təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır (YAP). YAP-ın Zəngilan rayon təşkilatının Gənclər Birliyi bu mənada təqdirəlayiq addım ataraq bir qrup şəhid ailəsini ziyarət edib.
Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində yerləşən Zəngilan şəhərciyində baş tutan bu ziyarətlərdə YAP Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə və digər YAP GB könüllüləri bir neçə şəhid ailələrinə baş çəkərək qadınları 8 mart qadınlar günü münasibətilə təbrik ediblər.
“Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini daim uca tutub. Prezident İlham Əliyev şəhid ailələrini daim diqqətdə saxlayıb, onların qayğıları iləyaxından maraqlanıb. Şəhidlərin ruhunun əziz tutulması, onların ailələrinə doğma münasibət dövlətimizin, xalqımızın dünəninə və bu gününə hörmət, ehtiram, gələcəyinə diqqət və qayğıdır. Şəhidlərin adını uca tutmaq, onların ailə üzvlərinə mənəvi dayaq olmaq hamının vətəndaşlıq borcudur”- deyə təşkilatdan verilən məlumatda bildirlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB