Bu gün Azərbaycanın könüllü ordusu var -AÇIQLAMA

“ASAN Könüllüləri təşkilatının “Könüllülər yurdu-Azərbaycan” adlı layihəsinin bağlanış mərasimidir. “Könüllülər yurdu-Azərbaycan” 3 ildir ki, layihə olaraq davam edir”. SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, 2019-cu ildə də bu layihə çərçivəsində 45 şəhər və rayonumuzda 2500 könüllü tərəfindən ümumilikdə 20 minə yaxın vətəndaşlarımız arasında müxtəlif aksiyalar, təlimlər, proqramlar həyata keçirilib. “Bu yaxın günlərdə Cənab Prezident Davosta gənclərlə bağlı suala cavabında bildirib ki, Azərbaycan gəncliyi bu gün könüllülər hərəkatındadır. Bugünkü tədbirimiz də bunun əyani sübutlarından biridir ki, həqiqətən də böyük bir gənclik kütləsi, könüllü ordusu bu gün nəyinki Bakıda, ölkəmizin bütün bölgələrində könüllülüyün təşviqi ilə bağlı, gənclərin inkişafı ilə bağlı müxtəlif aksiyalar, təlimlər keçirirlər. Keçirilən aksiyaların tərkibinə nəzər salsaq burada bütün sahələri əhatə edən müxtəlif təlimlər, özünütəmilləşdirmə proqramları və sosial aksiyalar həyata keçirilib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...