#konulluqonaq təşəbbüsü Qubada -FOTOLAR

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Quba gəncləri də qoşulublar. SİA-nın verdiyi məlumata görə, xatırladaq ki, adıçəkilən təşəbbüs çərçivəsində gənclər qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

İş prosesi sonrası gənclər ailələr ilə çay süfrəsində səmimi söhbətlər edir və bu əsnada ailələr öz həyat hekayələrini Gənc Könüllülərlə paylaşırlar.

Quba gəncləri bu sosial könüllülük fəaliyyətinə töhfə verərək, ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də fəal olmağa, #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə