Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup şəxsi heyəti məktəblilərlə görüşüb

Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup şəxsi heyəti məktəblilərlə görüşüb

Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup zabit və kursant heyəti ilə Gəncə şəhərindəki məktəblilərin görüşü keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə tədbirin məqsədi gənclərin ordu sıralarına marağını artırmaq olub. Tədbirdə hərbi sahəyə maraq göstərən 100-dən çox məktəbli iştirak edib.

 

Liseyin zabit heyəti hərbi kadrlar hazırlayan müəssisənin fəaliyyətindən və Azərbaycan dövləti üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu günə kimi hərbi liseyi təxminən 8 mindən artıq kursant bitirərək ordu sıralarına daxil olub. Bildirilib ki, hərbi təhsil ocağında Gəncə şəhərindən bir neçə il ərzində 30-dan çox kursant təhsil alıb.

 

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə "Kim hərbi məktəbdə oxumaq istəyir?" mövzusunda sorğu keçirilib. Respondentlərdən 286 nəfəri ali hərbi məktəblərdə təhsil almaq istədiyini bildirib. Sözügedən tədbir gələcəkdə hərbçi olmaq istəyən gənclərə baxış xarakteri daşıyıb. Aprel ayında keçiriləcək növbəti qəbul imtahanlarına kimi şərtlərə uyğun gələn məktəblilərə sənədlərini hazırlanmaq tapşırığı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə