Bu ay pensiyalar artırılacaq Sahil Babayev

2019-cu ildə orta aylıq pensiya 15 faiz, o cümlədən yaşa görə pensiya 15 faiz, əlilliyə görə pensiya 22 faiz artıb. Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım olacaq.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Əmək müqavilələrinin sayında 2019-cu ildə 153 min artımın olduğunu qeyd edən S.Babayev bu artım dinamikasının 2020-ci ildə də davam etməsinin əsas hədəflərdən olduğunu deyib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərinin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə