Türkiyə Parlamentində qurulan Azərbaycan stendi böyük marağa səbəb olub - FOTOLAR

Türkiyə Parlamentində qurulan Azərbaycan stendi böyük marağa səbəb olub - FOTOLAR

Türkiyə Böyük Millət Məclisində “Dünyada sülh: Qarabağ Azərbaycandır!” layihəsinə start verilir. SİA-nın verdiyi məlumata görə, bu şüar altında təşkil olunan ilk tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub.

Türkiyə parlamentində yanvarın 14-dən qurulan stenddə Dr.Sabir Şahtaxtının “Soyqımından Xocalıya...”, “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” elmi əsərləri, Kəbutər Haqverdinin "O gecə qar qan rəngindəydi” romanı və s. kitablar nümayiş olunub.

Samir İsgəndəroğlu, Mehriban Paşayeva, Vəfa Aktuz və Sara Zeynalova sərgilənən nəşrlər barədə ziyarətçilərə davamlı olaraq məlumat veriblər. Kitablar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sabiq baş nazir Binali Yıldırım, Türkiyə parlamentinin sədri Mustafa Şentop, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı, digər partiya sədrləri və deputatları hədiyyə olunub.

“Dünyada sülh: Qarabağ Azərbaycandır!” adlanan bu istiqamətin tətbiqində məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıması prosesinə töhfə verməkdir. Bunun üçün Türkiyənin ali təhsil müəssisələrində, o cümlədən mədəniyyət mərkəzlərində və qalereyalarda ölkəmizə dair həqiqətlərin əks etdirən stendlər quraraq, sərgilər təşkil olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə