Qış fəsli soyuq hava ilə yanaşı bəzi xəstəliklərin də yaranmasına səbəb olur. Havaların soyuması ilə əlaqədar bəzi viruslar baş qaldırır, eləcə də, bədən temperaturu soyuğa davam gətirmir və insanlar viruslara yoluxur. Qış ayında daha çox virusa yoluxan insanlar bu xəstəliklərlə mübarizə aparır və ondan qurtulmağın yollarını axtarır.

Məsələ ilə bağlı həkim terapevt Elnur Eldaroğlunun fikirlərini öyrəndik. O, SİA-ya açıqlamasında qeyd edib ki, ildən-ilə insanlarda virus xəstəliklərinə tutulma faizi arta bilir. Buna həm ekologiyanın, həm də, insanların immuniteti qidalanmaya rəğmən daha zəif olması ilə əlaqədardır.
O, bildirib ki, keyfiyyətsiz qidalanma, insanların süni qidalardan daha çox istifadə etməsi nəticəsində, orqanizimizin təbii mineral balansı pozulur və bu səbəbdən, normal immuniteti olmur. Temperaturunun kəskin dəyişməsi, eləcə də, temperaturun birdən artması və ya azalması virus xəstləliklərini daha da artıra bilir.
Təkcə 2019-cu ilin sonlarını qeyd edə bilərik ki, hər ay bir cür infeksiya növü ilə rastlaşmalı olduq, hər biri öz simtomları ilə özünü biruzə verdi. Bəzi viruslar gözlərə, buruna, qulağa ağırlaşmalar verir, o cümlədən, bəzi viruslar sidik və böyrək sisteminə problemlər yarada bilir: “Bəzən elə viruslar var idi ki, onlar bağırsaqlara problem yaradır və biz bəzi belə xəstəliklərə qrip adı qoyuruq lakin ona bənzər belə xəstəliklər mövcuddur və xüsusilə də bu hallar uşaqlarda daha çox biruzə verir. Virus infeksiyalarının artması daha çox doğru peyvəndlərin və praflaktika tədbirlərinin olmaması ilə bağlıdır”.
Qeyd edək ki, dünyanın əksər ölkələrində bu infeksiyalar vardır. Lakin, həmin ölkələrdə protokollaşmış qanunlar və vaxtında həkimə müraciətlər var ki, bütün bu prosseslər qanunlar, proqramlaşdırılmış səviyyədə həyata keçirilir.
Həkim terapevt insanların ev şəraitində təbii vasitələrlə bu viruslardan qorunması üçün bir sıra məsləhətlər verib. Həkim insanların ev şəraitində daha çox bal məhsullarından, əsasən propolis, çiçək tozu polen, arı südündən istifadə etməyi məsləhət görüb.
Bitkilərdən isə zəncəfil, cökə bitkisi, sarıkök, melisa, exneziya kimi təbii bitkilərdən viruslara qarşı istifadə etməyi tövsiyyə edlir və daha çox insanların xüsusilə, uşaqların meyvələrdən istifadə etməyi və ya şirəsini qəbul etməyi məsləhətdir.

“Qıs fəsli ilə əlaqədar mövsümü xəstəliklər də artır, zökəmdən, kəskin respiratur xəstəliklərdən, yuxarı tənəffüz yolları xətəliklərindən heç kəs sığortalanmayıb”. Bu sözləri açıqlamasında həkim Sadiq Salami deyib.
Həkim bildirib ki, ötən illərlə müqayisədə havaların o qədər də soyuq keçməməsi səbəbindən virusların yayılmasında artım müşahidə olunmur. Lakin, viruslar hər zaman var və insanlar viruslardan hər zaman özlərini qorumağı bacarmalıdır. Belə ki, virus infeksiyaları adətən qapalı yerlərdə daha çox yayılır. Məsələn daha çox təhsil müəssələrində, insanların daha çox sıx olduğu yerlərdə, nəqliyyatda, metroda, avtobusda bu viruslar daha çox yayılır. Bu səbəbdən də, insanların immuiteti möhkəm olmalıdır: “İnsanların imul sisteminin gücləndirməsi üçün bir sıra məsləhətlər verib. İmul sisteminin güclü olması üçün insanların daha çox baldan, çiçək tozundan, qara zirədən istifadə etməli olduğunu və daha çox sitrus meyvələrindən, xüsusi ilə C vitamini bol olan, limondan, portağaldan, mandarindən bu mövsümlərdə bol-bol istifadə etməlidir ki, orqanizmdə bol vitamin olsun, ummunitet xəstəliklərə qarşı müqavimət göstərə bilsin”.
Həkim sonda virusa yoluxan insanlar üçün də müalicə üsullarını söyləyib. Virusa ən güclü təsir kimi cökə çayından istifadənin vacib olduğunu və hər gün, səhər axşam cökə çayını moruqla, zoğalla, limonla bərabər istifadə etməklə, tez bir zamanda viruslara qalib gəlməyin mümkün olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB