Rəcəb Tayyip Ərdoğan mart ayının sonunda İngiltərənin qonağı olacaq

Rəcəb Tayyip Ərdoğan mart ayının sonunda İngiltərənin qonağı olacaq

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın 31 martda İngiltərəyə səfəri planlaşdırılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir R.T.Ərdoğan ilk öncə Bloombergdə İngiltərənin iş adamları ilə görüşəcək.

Daha sonar isə Bukinqem Sarayında kraliça II Elizabeta ilə görüşəcək. Kraliça ilə görüşün ardından Türkiyənin baş nazirinin axşam saatlarında İngiltərənin baş naziri Devid Kameronla görüşməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə