Ötən il ANAMA mütəxəssisləri tərəfindən 906 hektar ərazi yoxlanılıb
Ötən il Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Gədəbəy, Kürdəmir, Lənkəran, Naftalan, Oğuz, Qaradağ, Qazax, Quba, Salyan, Samux, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri ərazisində 9 059 900 kvadratmetr (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd (PHS), 32 ədəd piyada əleyhinə və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan SİA-ya bildiriblər ki, 2019-cu il ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 159, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 37, Dövlət Sərhəd Xidmətindən 43, rayon polis şöbələrindən 14, rayon icra hakimiyyətindən 1 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 1 müraciət daxil olub (cəmi çağırış: 255). Müraciətlər əsasında Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Naftalan, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, şəhərləri ərazisində 196 268 kvadratmetr ərazi təmizlənib, 1 955 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina, 27 ədəd tank əleyhinə mina (cəmi: 1 994 ədəd), 28 717 ədəd müxtəlif çaplı patron və 44 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kv.m (54 122,91 ha) ərazi təmizlənib, 805 856 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2019-cu ilin ərzində Bərdə, Cəlilabad, Füzuli, Qax və Tərtər rayonları ərazisində 6 mina/PHS hadisəsi qeydə alınıb, nəticədə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər isə həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB