Gəncə gənclərinə kouçing təlimləri keçirilib

Gəncə gənclərinə kouçing təlimləri keçirilib

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin təşkilatçılığı ilə Gəncə Gənclər Evində "Biznesdə potensial və kouçing" təlimi öz işinə başlayıb. Elvin Ağayevin təqdimatında həyata keçirilən təlimdə 30 gənc iştirak edib. Təhsil Mərkəzindən SİA-ya verilən məlumata görə, fərqli mövzuda həyata keçirilən təlimdə praktiki olaraq gənclərə iştirakçılarla birgə kouçing xidməti təqdim olunub.

Kouçinqin əsas məqsədi bu xidməti alan şəxsin potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.

Təlimin sonunda iştirakçılar Regional Ofisin rəhbəri Gülnar Məmmədova tərəfindən sertifikatlarla təltif olunub. Həmçinin 2019-cu il ərzində Regional Ofisin işində fəallıq göstərən gənclər də mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə